/  
Ön yapraq » Oğuz xəbər » İran rejimi Güney Azərbaycanlı milli fəaların evlərinə hücum edib
İran rejimi Güney Azərbaycanlı milli fəaların evlərini hücum edib

İran rejimi Güney Azərbaycanlı milli fəaların evlərinə hücum edib

OğuzTv:Fars molla rejiminin  təhlükəsizlik qüvvələri Ərdəbili azərbaycanlı milli fəal Musa sudi evinə basqın düzənləyərək evdə axtarış aparıblar.Çərşəmbə 13 dekabr Musa Sudi Muğanlunu tutmaq məqsədilə evi basan rejim məmurları Milli fəalı evdə tapanmayıb . Güney Azərbaycandan OğuzTV-muxbirinin verdığı məlumata əsasən bildirilir ki,rejim qüvvələri milli fəalin ailəsinə ağır təhqirlər və hədələr yağdıraraq  Musanın tez zamanda özünü zindana tanıtmasın bildiriblər.

 

 

Eyni zamanda Tehrandaki fars rejimini təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan Güney Aərbaycanlı milli fəal xanım Xədicə Həjəbrinin evinidə basqın düzənliyib.

Güney Azərbaycandan OğuzTV-muxbirinin Tehrandan verdığı məlumata əsasən bildirilir ki,Güneyli milli fəalın Şəxsi əşyaları p cümlədən ,Bilgisayar, Tv,Ailəvi Cd lər və kasetlər ,Əl yazma və kitablarına əl qoyulub.

Xatırladaq milli fəal Sudi  keçmişdə İran rejiminin Təbrizdəki məhkəməsinə çağırılıb, onun 3 il əvvəl Təbrizin “Səhənd” stadionunda  “Tiraxtur-Əlcəzirə” komandalarının qarşılaşması zamanı həbs olunması ilə əlaqədar  qondarma ittihamlarıla muhakimə olunub.

Azərbaycanlı milli fəal Musa Sudi Muğanlu 2013-cü il fevralın 27-də (1391-ci il, isfəndin 8-də) Təbrizin “Tiraxtur” futbol komandası ilə Səudiyyə Ərəbistanının “Əlcəzirə” komandası arasında keçirilən yarışda həbs olunmuşdu. Fəal, tutulandan sonra fars rejiminin təhlükəsizlik nazirinin “ETTELAAT” Təbrizdə yerləşən idarəsinə aparılmış, orada ağır psixi və fiziki  (ruhi və cismi) işgəncələr altında dindirildikdən sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdü. O, 20 gün həbsdə saxlanıldıqdan sonra 50 milyon tümənlik mülk sənədi girovu qoyaraq  (1391-ci il, isfəndin 28-də) Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture