/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İran rejimi Köçəri kürdlərin əli ilə Ərdoğana və Türkiyə dövlətinə saldırdı , Azərbaycan isə Türkiyəyə Tam dəstək verdi

İran rejimi Köçəri kürdlərin əli ilə Ərdoğana və Türkiyə dövlətinə saldırdı , Azərbaycan isə Türkiyəyə Tam dəstək verdi

OğuzTV:.Son günlər Suriyanın şimal-qərbində Türk ordusunun keçirdiyi nizami Anti terror əməliyatlari ,İran rejimini qəzəbləndirib.Rejimin maşa  etdiyi Köçəri kürdlərin birabaşa imzasıla, bunla əlaqədar BMT başqanına Açıq Anti Türkiyə bəyanat veriblər.

İran adlanan ölkənin Parlmentində Fars rejimin Əli ilə siyasi status(Məşruiyət) qazanan köçəri kürdlər, verdikləri Bəyanatda Türkiyə Cumhuriyyətini Faşist,Cumhur başqanı Ərdoğanı Qan içən diktator və türk ordusunu işğalçı və tacizci adlandırıblar.Onlar Kürd Terrorçülarını “Məsum” kürdlər kimi qələmə verərək, BMT dən buna qarşı tədbir almasını istəyiblər. Ancaq Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun Budağı” əməliyyatı Türk ölkələrinin ictimaiyyətində, eləcə də bölgədə sülh və sabitlik tərəfdarı olan xarici qüvvələr tərəfindən ciddi şəkildə dəstəklənməkdədir.

 

AZƏRTAC Xəbər Agenliyinin verdiyi məlumata görə ,Quzey Azərbaycanda bu əməliyyata rəsmi şəkildə göstərilən dəstək və ictimaiyyətin rəyi də Türkiyədə böyük rəğbətlə qarşılanıb. Yerli kütləvi informasiya vasitələri (KİV), o cümlədən Türkiyənın aparıcı televiziya kanalları Azərbaycan Xarici İşlər Nazirliyinin “Zeytun Budağı” əməliyyatı barədə açıqlamasına dair informasiyanı geniş şəkildə yayıb. Yerli media Azərbaycanın bu dəstəyini qardaşlıq münasibətinin təzahürü kimi təqdim edib.

 

Rəsmi məlumata görə, “Zeytun Budağı” əməliyyatı Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarını zərərsizləşdirmək məqsədi ilə həyata keçirilir. Bu bölgədəki terrorçu qruplaşmalar təkcə Türkiyə üçün yox, Suriyanın yerli əhalisi, eləcə də regionun digər ölkələri üçün də ciddi təhlükə mənbəyidir. Çoxsaylı faktlar əsasında deyə bilərik ki, xüsusilə PYD-YPG və İŞİD terror qruplaşmaları qadınları və azyaşlıları müxtəlif vasitələrlə, o cümlədən zor gücünə öz sıralarına qatmaqda davam edir. Bildirilir ki, İŞİD qüvvələrinin hazırda ən sıx yerləşdiyi məntəqə Afrin bölgəsidir.

Ən son məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələri və artilleriyası terrorçu qrupların düşərgə, anbar və döyüş nöqtələrinə dəqiq zərbələr endirib. Nəticəsində antiterror əməliyyatının ilk iki günündə PYD-YPG-yə məxsus 108 hədəf məhv edilib. Terrorçu hədəflərinin vurulmasına iştirak edən 72 qırıcı aerodromlara qayıdıb və bu prosesdə yerli mülki əhali arasında tələfat olmayıb.

 

Qeyd edək ki, yanvarın 21-də axşam saatları Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən qısa fasilələrlə dörd raket atılıb, bir neçə bina zədələnib. Raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb. Hadisə nəticəsində bir nəfər yüngül yaralanıb. Binalarda meydana gələn kiçikmiqyaslı yanğınlar söndürülüb. Ərazidə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Kilis vilayətinin bir sıra sərhədyanı kəndləri 15 gün müddətində xüsusi təhlükəsizlik zonası elan olunub. 

 

Türkiyə ,Quzey və Güney Azərbaycan ictimaiyyətlərində bu əməliyatlarla əlaqədar böyük ruh yüksəkliyi var. Türk Milləti Sosial mediyadan Türk ordusuna tam dəstək verərək bu anti terror əməliyati təqdir ediblər.Güney Azərbaycan Türkləri iran rejiminin Kürd oyuncaqlarına qarşı sosial mediyada geniş təbkilər göstərib və Köçəri kürd terrorunu Türkiyə-Güney Azərbaycanın ortaq sorunu adlandıblar .Güneylilər Türk Ordusunun Əməliyatda başarıları xəbərlərini,Türk Əsgərlərin və  cumhur başqanı Ərdoğanının şəkilərini geniş yayaraq anti terror əməliyati qutlatıb iran oyuncaqları olan Köçəri kürdləri qınayıblar.
Türkiyə türkləri  quru qoşunların hərəkət etdiyi bölgələrdə küçələrə çıxaraq hərbiçiləri alqışlarla yola salıb. Bunun başlıca səbəbi Türkiyənin təxminən yarım əsrə yaxın bir zaman kəsiyində terrordan böyük əziyyət çəkməsidir. Ümumiyyətlə, Türkiyə terror səbəbindən ən çox insan itkisinə məruz qalan və maddi zərər çəkən ölkədir.

 

Türkiyə tərəfi antiterror əməliyyatı aparılan bölgədə mülki əhaliyə dəyə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün də ciddi tədbirlər görməkdədir. Əməliyyatların başladığı bir vaxtda Türkiyə Qızıl Ay Cəmiyyəti Suriya ilə sərhəd bölgələrdə düşərgələr salıb.

 

Bundan başqa, maddi baxımdan zəngin olan, eləcə də ictimaiyyətə təsir etmək gücünə malik dərnəklər və fondlar Türkiyə Silahlı Qüvvələrinə hər cür yardıma hazır olduqları barədə bəyanatla çıxış etməkdədirlər. Ölkənin əsas müxalifət partiyalarından olan Cumyhuriyyət Xalq Parisi (CHP ) və Milliyətçi Hərəkat Partiyası (MHP) da bu əməliyyatlarda Türkiyə hökumətinə tam şəkildə dəstək veriblər.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture