/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran rejimi Rəməzan ayında Azərbaycanlı fəali R.Rəzəvinin ölüm orucu səbəbilə gizlədir

İran rejimi Rəməzan ayında Azərbaycanlı fəali R.Rəzəvinin ölüm orucu səbəbilə gizlədir

OğuzTv:Dünən 06 06 2016  Rəsul Rəzəvi aclıq aksiyasının 19-cu günündə, səhər saat 10:30 radələrində Təbrizin mərkəzi zindanından naməlum bir məkana köçürülüb.

 Oğuz Tv, milli fəalın ailə yaxınlarından aldığı bilgilərə görə Rəsul bəy aclıq eyləminin 20-ci günündə sağlıq baxımından çox zəifləyib və ayaq üstdə dura bilmir, gözlərinin altı çöküb və göz bəbəkləri aclıqdan sarı rəngə dönüb , danışmasında çox çətinliklə kələmə seçır və dil damağı qurumuş vəziyətdə ağzını açmağda çətinlik çəkir.
R.Rəzəvinin Azadlığı üçün Təbrizdə Plakardlar asılıb.


Təbrizli milli fəal R.Rəzəvi aynı zamanda BMT İnsan Haqları Komissiyasına aclıq aksiyasına başladığını elan edib. Mayın 19-da məhkəmənin ədalətsiz qərarına etiraz olaraq aclıq aksiyasına başlayan Rəsul Rəzəvi tələbi təmin olunanadək aclığı davam etdirəcəyini bildirib.

Güney Azərbaycanda milli fəalar ayrıca  R Rəzəvinin azadlığa buraxılması tələbi ilə Teleqram sosial şəbəkəsində İmzatoplama Kampaniyası keçirir.

Artıq minlərlə insanın qoşulduğu kampaniyaya Azərbaycanlı fəallar tərəfindən xüsusi dəstək verilir. Rəsul bəy rəzəvidəstək verən fəallar həqiqi adları ilə kampaniyaya qoşulur və onların adları  Kampaniyanın Teleqram səhifəsində elan olunur. Kampanyaya burdan qoşula bilərsiniz  https://telegram.me/joinchat/BlCiqj6Y8RQVxAFkh9aHOQ

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture