/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran rejimi, Türk ordusunun qanunsuz addımlar atmaqla ittihamladı

İran rejimi, Türk ordusunun qanunsuz addımlar atmaqla ittihamladı

OğuzTV:April ayın 26 sinda İran fars rejiminin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasimi,  jurnalistlərə açıqlamasında Türkiyənin son günlər İraqın şimalındakı Sincar şəhəri yaxınlığında terrorçu kürd qruplaşmalarına qarşı həyata keçirdiyi hava hücumlarını qanunsuz adlandırıb.

“Türk ordusunun İraqa hücümü  İraqın ərazi bütövlüyünün pozulması deməkdir. Türkiyə qırıcılarının bu hücumu həm də beynəlxalq qanunlara qarşı zidd addımdır və sözsüz ki, bu kimi hücumlar bölgədə sabitsizliyin davam etdirilməsinə və onun gücləndirilməsinə gətirib çıxaracaq”.

 

Qeyd edək ki,iran rejimi bu sözləri o halda dilə gətirir ki illər boyu Sepah ( iran rejiminin nizami dəstəsi )İraqda və Suriyədə aktiv olaraq siyasi-nizami fəaliyət edib bölgənin sabitliyini pozmaqda və terrorist yetişdirməkdə bir başa rol oynayır. Son günlər Türkiyə qırıcılarının İraqın şimalında və Suriyanın şimal-şərqində terrorçu PKK və onun Suriya qanadı sayılan PYD qüvvələrinə qarşı həyata keçirdiyi hücumlarda ən azı 28 kürd terrorçusu həlak olub.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture