/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran rejmi Azərbaycanda daha bir can aldı

İran rejmi Azərbaycanda daha bir can aldı

Oğuz TV: Xudafərin bölgəsinin Həsrətan kəndində maşını sivil polis qüvvələri tərəfindən izlənilən Səyyad Nejad Əli güllələnərək öldürüldü. 

Bölgədən əldə etdiyimiz bilgiyə görə, adını çəkdiyimiz soydaşımızı izləyən rejmin sivil geyimli məmurları ona maşını saxlamağı vəmaşından enməyi əmr ediblər. Əmrə uyğun olaraq maşını saxlayan Nejad Əli maşından endiyi zaman məmurlar onu atəşə tutub və aldığı bir neçə güllə zərbəsindən soydaşımız elə yerindəcə həyatını itirib. Onun hansı səbəbdən öldürüldüyü isə hələ bəlli deyil. 

Diqqətinizə çatdıraq ki, kənd əhalisi məmurların bu vəhşiliyinə qarşı gəlsələr də, hər zaman öz qəddarlığı ilə seçilən rejmin məmurları əhaliyə qarşı silah istifadə edərək atəş açıblar. 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture