/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran rejmi Salman Əraqiyə qarşı təzyiqi artırıb

İran rejmi Salman Əraqiyə qarşı təzyiqi artırıb

Oğuz TV: Xoy şəhərindən olan milli fəal Salman Əraqiyə qarşı islam rejmi təzyiq və təqibləri artırıb.  Türk millətinin aşağılanmasına qarşı etiraz eyləmlərinə qatılan milli fəal Salman Əraqi iyul ayının 28-də tutuqlanmış və bir neçə saatdan sonra sərbəst buraxılmışdı. 

31 iyulda 3 mülki şəxs milli fəalın dükanına gələrək heç bir səbəb gösrətmədən onun dükanını möhürləmək istəyiblər. 

Bu zaman milli fəal onlara qarşı müqvimət göstərərək möhürləməyə imkan verməyiblər. Gələn məmurlar qeyd ediblər ki, bu göstəriş yuxarı dairələrdən verilib. 

Məmurlar Salman Əraqini özləri ilə “Əmankin İdarəsi”nə aparıblar. Orda təhqir edilən milli fəala dükanının lisenziyasının ləğv edildiyini və bundan sonra dükanı işlətməyə səlahiyyəti olmadığını bildiriblər. Eyni zamanda milli fəalı təhdid ediblər. 

Diqqətinizə çatdıraq ki, Güney Azərbaycanda haqqlarımız uğruna mübarizə aparan milli fəal dəfələrlə islam rejmi tərəfindən tutuqlanıb və müxtəlif işgəncələrə məruz qalıb. 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture