/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran rejmi Sulduza özəl polis qüvvələri yeritdi (Görüntü -səs-Şəkil)-Yeniləndi

İran rejmi Sulduza özəl polis qüvvələri yeritdi (Görüntü -səs-Şəkil)-Yeniləndi

Oğuz TV: Dünən İranda keçrilən 10-cu məclis seçkilərində Güney Azərbaycanın Sulduz, Üşnü və Məhəmmədyar şəhərləri birlikdə 1 vəkil yollaya bilərdilər.Azərbaycan şəhəri olan Sulduzdan da, həm  Türk , həm də mühacir kürtlərdən adaylar bu bölgənin millət vəkilliyi uğrunda yarışırdı . 

İran rejminin özü azmış kimi, kürt terroristlərini də gətirib Qərbi Azərbaycan bölgəsinə yerləşdirməsi və bu bölgənin demoqrafik düzənini dəyişməyə cəhdinin nəticəsində, bölgəyə son illər çox sayda mühacir kürtlər yerləşdirilib. Bu gəlmə “üzsüz qonaqlar” da gəmidə oturub gəmiçi ilə davaya başlayıblar.

Beləki, kürtlər dünən keçrilən seçkilərdə saxtakarlıq edərək öz adaylarının xeyrinə sandığa 20 min səs atıblar. Kürdlər bununlada qalmıyıb,iran rejiminin dəstəyilə iranın digər şəhərləridən dəstə dəstə  Sulduza axım edərək,minlərcə səs (Rəy) sulduzdaki kürd adaya yığıblar.İran rejimi bunlarin hardan gəlmələrinə baxmayaraq hamısının səsini hesaba qatıb.
OğuzTV muxbirinin verdığı məlumata əsasən Güney Azərbaycan-İraq kürd bölgəsinin sərəhd kəndlərindən,eləcə iranın mərkəzindən və Sənəndəc əyalətinin kəndlərindən gələn dolu maşınlar ,Köçəri kürdləri Sulduz və Üşnü( Uşnəviyə) şəhərləində seçim sandıqlarına yetiriblər.Bunun ardından kürt terroristlər seçki ardından millətimizə hücum ediblər.
Bunların saxtakarlıqlarını millətimiz üzə çıxardıb. Bugünə olan bilgiyə görə, Sulduzdan 1 Türk aday seçilib. 

İran rejmi isə, hər zaman olduğu kimi kürt terroristləri himayə eləməyə başlayıb. Sulduzdan gələn bilgiyə görə, şəhərə rejmin özəl polis qüvvələri (yegan vije) yeridilib. Bu qüvvələr Sulduzda millətimizin qarşısında durub. Şəhərdə hər an böyük bir qarşıdurma baş verə bilər.

Xatırladaq ki, axşam saatları olmasına baxmayaraq, millətimiz Sulduzda hələ də ayaqdadı.


Bu slaydşou üçün JavaScript lazımdır.

 

Eyləm Səsləri dinlə

1. Səs Sulduz-     
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture