/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran rejminin daha bir məhkəmə oyunu təxirə salındı

İran rejminin daha bir məhkəmə oyunu təxirə salındı

Oğuz TV: Xəbər verdiyimiz kimi isfənd ayının 20-də (10 mart) Tehran əyalətinə bağlı Baharistan şəhərinin İnqilab Məhkəməsində 8 soydaşımızın məhkəməsi keçiriləcəkdi.

Əlimizə gələn bilgilərə görə, bu məhkəmə təxirə salınıb. Sözü gedən 8 milli fəaldan 7-i, Behnam Şeyxi,  Əziz Fərşi , Rüstəm Kazimpur , Əkbər Azad, Əlirza Fərşi, Həmid Mənafi Nəzərlu və  Mənsur Fəthi Təbriz vaxtı ilə səhər saat  08:00-da Baharistanın İnqilab məhkəməsinə gediblər. Məhkəməyə çağrılanlar arasında Mahmud Ocaqlu adlı soydaşımızın olmaması, məhkəmənin bugünkü iclasının təxirə salınmasına səbəb olub. Məhkəmənin nə zaman baş tutacağı isə bəlli deyil.

Diqqətinizə çatdıraq ki, bu 8 milli fəal 1392-ci ilin 2 isfəndində (2014 21 fevral) Nəsimşəhərdə keçrilən Ana Dili Günü mərasimlərinə qatıldıqları üçün bugün məhkəmələrə çəkilirlər.

Güney Azərbaycan Türklərinin bağımsızlıq istəyindən qorxuya düşən İran  rejmi,hər fürsətdə milli fəallarımızı cəzalandırmaq, onları məhkəmələrə çəkməklə millətimizə göz dağı verməyə çalışır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture