/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran rejminin daha bir vəhşiliyi

İran rejminin daha bir vəhşiliyi

OğuzTV: Özünü İslam Cümhuriyyəti adlandıran, lakin xalqların, özəlliklədə, islam dininə inanan millətlərin zindanı olan İranın qeyri-fars millətlərə qarşı vəhşiliyi davam edir.

Bu dəfə rejmin vəhşiliyinə məruz qalan isə, Əhvazdan olan 36 yaşlı gənc Maced Albuğəbişdir.  8 il bundan öncə Əl-Əhvazın, Məhmərə şəhərində rejimin əleyhinə fəaliyyət, İranın daxili təhlükəsizliyini pozmaq, anti-şiə fəaliyyət göstərmək də günahlandırılaraq tutuqlanmışdı. Bu günlərdə 8 illik həbsini başa vuran fəal azadlığa çıxmalı olsa da, lakin, onu qanunsuz olaraq hələ də həbsdə saxlayırlar. Bu azmış kimi, Süni məzhəbinə aid olan ərəb fəal zindanda süni namazı qıldığı üçün zindan məsulları tərəfindən döyülüb, əlləri sındırılıb.

Xatırladaq ki, bu İran rejminin məmurlarının ilk belə vəhşiliyi deyil. Onlar Güney Azərbaycan milli fəallarına qarşı da hər zaman xüsusi qəddarlıqla davranaraq, onlara ağır işgəncələr verirlər. Bunlardan biri də bu yaxınlarda azadlığa çıxan doktor Əsədulla Əsədidir ki, hələ də onun bədəninin müxtəlif nahiyyələrində vəhşi məmurların “əl işləri”nin izləri qalıb.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture