/  
Ön yapraq » Oğuz xəbər » İran Suriyada daha 3 hərbiçisini itirdi

İran Suriyada daha 3 hərbiçisini itirdi

Oğuz TV: İranın Suriyada qətliamla məşğul olan daha 3 yüksək rütbəli komandiri Suriya müxalifləri tərəfindən öldürüldü.

İBNA satının verdiyi bilgiyə görə,Suriyaya Bəşər  Əsədi qorumağa gedən İran İnqilab Keşikçiləri Bölümünün (SEPAH) daha 3 hərbiçisi Hələbdə  öldürülüb. Öldürülən hərbiçilər Pars bölgəsinin Rüstəm şəhərindən olan  Əbuzər Davudi, Kəhguliyə bölgəsinin Boyərəhməd şəhərindən  Səttari Orəng, və İsfahan şəhərindən olan  Hüseyn Rzayi adlı SEPAH üzvləridi.  

Saytın yayımladığı xəbərdə o da qeyd edilir ki, SEPAH-nın hərbiçiləri Suriyaya öz istəkləri ilə deyil, qorxularından gedirlər. Əgər onlar Suriyada döyüşməkdən imtina etsələr, SEPAH tərəfindən  öldürüləcəklər.

Xatırladaq ki, İran Suriyada Əsəd rejmi ilə birlikdə Suriya xalqına qarşı qətliam törətməkdə davam edir.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture