OğuzTV: Terroru yayqınlaşdıran sepah (İran İnqilab Keşikçilər koprusu)qüvvələrinə mənsub 6 əsgər Suriyanın Hələb şəhərində öldürülüb.
İranın yarı rəsmi Fars Xəbər Agentliyinin verdiyi bilgiyə görə, Mehdi Küçükzade, Seyyid Əlizadə, Həsən Rezzaki, Höccətülislam Şeyx Mustafa Xəlil Rzanı, Habib Rəhimi Menes və Mahmud İskəndəri adlı 6 İran hərbiçisi Suriyadakı qarşıdurmalarda öldürüldü.
Öldürülən əsgərlərin rütbələri hələ dəqiqləşdirilməyib. Onların cənazələrinin sabah İranın müxtəlif şəhərlərində dəfn ediləcəyi ifadə edildi.
Xatırladaq ki, qonşu ölkələrdə hər zaman fitnə və terror yaradan İran , bugün Suriyada çoxsayda hərbiçisi Əsəd rejmi ilə birlikdə Suriyanın dinc əhalisinə qarşı qətliamlar törədir