/  
Ön yapraq » Oğuz xəbər » İran təhlükəli ölkələr sırasındadı

İran təhlükəli ölkələr sırasındadı

Oğuz TV: “Amerika Birləşmiş Ştatlar dörd ölkəni təhlükə olaraq görür”. Publika.az-ın xəbərinə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter deyib.

Onun sözlərinə görə, Rusiya, Çin, Şimali Koreya və İran beynəlxalq təhlükəsizlik üçün təhlükədir. Amerikalı nazir siyahıda ilk yerdə Rusiyanın olduğunu bildirib. Pentaqon şefi bu siyahıya terrorizmi də əlavə edib.

 “Beynəlxalq təhlükəsizliklə bağlı vəziyyət son 25 ildən bəri çox fərqlidir. Mövcud durum yeni addımların atılmasını vacib edir”, – o, vurğulayıb.
Comments,Baxışınız
oguz gif telegram