/  
Ön yapraq » Oğuz xəbər » İran uşaq alverinin qarşısını ala bilmir

İran uşaq alverinin qarşısını ala bilmir

Oğuz TV: İranda uşaq alveri günü-gündən genişlənir.

Yoxsulluqdan əziyyət çəkən ailələr öz uşaqlarını satmaq məcburunda qalırlar.

Bu barədə mətbuata açıqlama verən millət vəkili Abbas Qayib qeyd edib ki, İran dövlətinin əhalini yoxsulluqdan qurtarmaq üçün hər il 200 milyard tümən büdcə ayırmasına baxmayaraq, uşaq alverinin qarşısı alına bilmir. Ehtiyac içində, ağır durumda yaşayan ailələr uşaqlarını az pula uşaq alveri ilə məşğul olan mafiyaya satırlar. Mafiya isə bu uşaqları müxtəlif məqsədlərlə istifadə edir və ya böyük məbləğdə pula satır.

Uşaq alveri Tehranda geniş yayılsa da, İranın digər böyük şəhərlərində də bu işlə məşğul olanların, hətta Tehrandan geri qalmadıqları barədə xəbərlər gəlməkdədi.

Uşaq alveri artıq o qədər genişlənib ki, bu İran mətbuatının gündəm məsələsinə çevrilib. Yerli qəzet və tv-lə bu məsələni gündəmdə saxlayıb, qarşısını almağa çalışsalar da, lakin hələ buna nail ola bilməyiblər.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture