/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İranda hər 4saatda bir nəfər dara çəkilir, İran rejimi Son bir həftədə 23 ,Son 18 ayda 1600 dən çox insanı asıb

İranda hər 4saatda bir nəfər dara çəkilir, İran rejimi Son bir həftədə 23 ,Son 18 ayda 1600 dən çox insanı asıb

OğuzTV: Dünya hüquq müdafiəçilərinin verdiyi məlumata əsasən İran zindanlarında 5000 dən aşqın məhküm insan öz edam günlərini gözləməkdədir.

Güney Azərbaycanın Urmiya  şəhər mərkəzi zindanında edama hazırlaşmaq üçün daha 4 nəfər təkadamlıq türməyə köçürülüb.Onların yaxın saatlara və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.Fərhad Musazadə və Davud Maldar  iyulun 26-sı sübh saatlarında İranın Urmiya şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Ərdəbil və Meşkinşəhr sakini olan müttəhimlərdən  45 yaşlı Nasir Xosrəvi və 41 yaşlı Haşım Qənbərlu  iyulun 16-sı sübh saatlarında İranın Bəndər Abbas şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Mənsur Mahmudi iyulun 17-də Kərəcin Rəcayişəhr həbsxanasında dara çəkilib.
İran işğalinda olan Batı Bəlucistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərində  2 Əfqanıstan vətəndaşı, 46 yaşlı Xeyirməhəmməd Sadat və 37 yaşlı Bəşir Rəsuli  iyulun 22-si sübh saatlarında Zahidanın Mərkəzi zindanında dara çəkilib.Həmçinin  Mahmud Daməni  iyulun 19-u sübh saatlarında həmin əyalətdə dar ağacından asılıb.   1 məhbus daha  Salman Mirşahi Bəlucistan əyalətinin Zabül şəhərinin həbsxanasında dar ağacından asılıb. 
3 müttəhim Möhsün Əbdi, Cavad Mir və soyadı bəlli olmayan Həbib adlı Əfqanıstan vətəndaşı iyulun 24-ü sübh saatlarında İranın İsfahan şəhərinin mərkəzi zindanında dara çəkilib.

 İran işğalinda olan Loristan əyalətinin  Xürrəmabad şəhərinin Parsilon zindanında saxlanılan  İrəc Qubadi və Kavus Məleki  iyulun 22-si sübh saatlarında həmin həbsxananın həyətində dara çəkilib. 
Qeyd edək ki, beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.iran rejimi Son 18 ayda 1500 dən çox insanı asıb.Edam edilən şəxslərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayır.

Comments,Baxışınız
oguz gif telegram