/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İrandan ərəbistana qarşı pisixi və rəvani savaş: səudiyyəli din adamının adından yalan fətva
 نیروهای تروریستی سپاه پاسداران

İrandan ərəbistana qarşı pisixi və rəvani savaş: səudiyyəli din adamının adından yalan fətva

OğuzTV:İrana bağlı saytlar səudiyyəli din adamının adından daha bir saxta “fətva” yaydılar. Bu tipli dezinformasiyaların alt planında nə gizlənir?

İlk dəfə deyil ki iranın təxribat və casusluq şəbəkələri Quzey Azərbaycan ,Türkiye ,Səudiyyə Ərəbistan … kimi ölkələrin bilim ya din alimlarinin adına yalan məlumat yayır.Bu dəfə Səudiyyə Ərəbistanının  din ve elm xadimi olan professor, doktor Nasir əl Ömərin adından yalan “fətva” ortaya çıxıb.

Oğuztv xəbər otağının avropa info sitəsindən aldığı məlumata görə bəzi İran yançı kiçik saytlar Nasir əl Ömərin guya Suriyada döyüşən hərbçilərə öz bacıları ilə evlənməsini “halal” görməsi ilə bağlı qarqaşa yaratıcı məlumat yayıblar.

İrana bağlı saytlar din adamının adından yayılan açıqlamanı “əlvüsal vəhabi” adlı xəbər portalına istinad ediblər. 
Ancaq, araşdırma nəticəsində belə bir xəbər portalının olmadığı üzə çıxıb. Ərəbdilli “vusal.fm” saytı var ki, bu sayt da əsasən tibbi problemlərdən yazır. Bununla yanaşı ərəbdilli, arxasında “vəhabi” sözü olmayan “Əlvüsal” telekanalı mövcuddur. Lakin, bu telekanalda da Nasir əl Ömərin belə bir açıqlaması yoxdur.Din adamının adından yayılan açıqlamada xüsusi olaraq “sünni-şiə” vurğusunun edilməsi də diqqətdən qaçmır. Guya Nasir əl Ömər “açıqlamasında” şiələrə qarşı döyüşməyə və şiələrə nefrət daşıyan çağırış edib.
Hansıkı din adamının müsahibə verdiyi iddia olunan adda sayt yoxdur. Nasir əl Ömərin tvitter səhifəsini və saytını araşdıranda da bu tipli çağırışlara rast gəlinmir.
Eyni zamanda Səudiyyə Ərəbistanında fətvaları ölkənin müftisi Abduləziz Ali Şeyxin rəhbərlik etdiyi qurum verir. Yeri gəlmişkən bu vaxtadən onun adına da çoxlu sayda “fətva”lar istinad edilsə də, sonradan bu fətvaların yalan olduğu üzə çıxıb.

Bu tipli xəbərlərin yayılmasının arxasında ölkəmizdə məzhəb qarşıdurması yaratmaq istəyən qüvvələr durur. Xüsusən də bu tipli yalan xəbərlərdə “sünni-şiə” faktorunun qabardılması düşünməyə əsas verir. Q.Azərbaycanda 100 illərlə şiələrlə sünnilər və hətta ayrı dinlilər (Yəhudi ,Bəhayi ,Kristiyen) normal şəkildə, heç bir qarşıdurma filan olmadan,  qohumluq əlaqələri içində yaşayıblar.Ancaq fars rejimi Quzey Azərbaycanın bu sabitliyini pozmaq üçün hər tur təxribat ,terror ,casusluq,yalan dezinfromasiya , kimi taktiklərilə ölkəmizdə qarqaşa yarradır .

Fars molla rejimi illərdir Mustəqil Quzey Azərbaycanın istiqlaliyətini və 40 milyon Güney Azərbaycana umut qaynağı olan cumhuriyyətimizi və 50 milyon Azərbaycanlıya nemət olan quzey Azərbaycan daxili sabitliyini  pozmaqa milyardlar dolar məsrf edir .
iran rejimi  bu kimi qonşu ölkələrin və dövlətlərin daxili işlərinə qarşıması və ölkələrin istabilyini pozmağa təxribat etməsi birbaşa iranda  əsir olan qeyri fars millətləri ilə də əlaqəlidir. Bu tipli saxta xəbərlər isə günlərlə müzakirə olunacaq və qarşıdurma simptromları yaratmağa hesablanmış dezinformasiyalardır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture