/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İrandan Quzey Azərbaycana gətirilən məhsullar təhlükəlidir

İrandan Quzey Azərbaycana gətirilən məhsullar təhlükəlidir

OğuzTV:Quzey Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyası İrandan Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarının kimyəvi cəhətdən təhlükəli olub-olmadığını açıqlayıb.

Azərbaycan Kənd TəsərrüfatıınNəzarət Toksikologi  Laboratorun rəhbəri Yaqub İbrahimov isə Trend-ə bildirib ki,   İrandan Quzey Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının hamısında kimyəvi maddələr var. Lakin bu maddələr məhsulun tərkibində müəyyən həddə olur və insan orqanizmi üçün təhlükə yaratmır.Y.İbrahimov qeyd edib ki, idxal və ixrac edilən bütün kənd təsərrüfatı məhsullarının tərkibi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılır: “Məhsulun tərkibində kimyəvi maddənin həcmi yol verilən həddən yuxarı olduqda onu ölkəyə buraxmırıq”.

Qeyd edək ki, Quzey Azərbaycan İran adlanan yerin soğan, Yeralma(kartof), Qırmızı badımca(pomidor) və s. kənd təsərrfatı məhsulları idxal edir.Fars rejimi Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi İranın kənd təsərrüfatı məhsullarının 35 faizinin kimyəvi cəhətdən çirkləndiyini özü itraf edib.B.Bonyadi bildirib ki, İran adlanan yerdə pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə kənd təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb. Bu isə insan sağlamlığı üçün təhlükə yaradır.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture