/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İranın nüvə razılaşmasında tərəflərdə qarşılıqlı səmimiyyət yoxdur

İranın nüvə razılaşmasında tərəflərdə qarşılıqlı səmimiyyət yoxdur

Oğuz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama İran ilə Qərb arasında nüvə razılaşması əldə olunmasına münasibət bildirib.

Oğuz TV-nin Publika.az-a istinadən verdiyi məlumata görə, prezident Obama deyib ki, bu razılaşma İranın nüvə fəaliyyəti ilə məşğul olmasının qarşısının alınmasına gətirib çıxaracaq: “ABŞ öz düşmənləri ilə olan problemləri aradan qaldırmaq üçün diplomatik yollardan istifadə etməkdən heç zaman qorxmur. Bizim həyata keçirdiyimiz həmin güclü diplomatiyadır ki, bu gün biz onun “meyvələrini” artıq görürük.

Əldə olunan razılaşmaya əsasən, İran nüvə silahına sahib ola bilməyəcək. Bununla da region, ABŞ və dünya daha təhlükəsiz yaşayacaq. İranın nüvə bombası əldə etməsi üçün istifadə edə biləcəyi bütün yolların qarşısını kəsmişik”.

Obama bəyan edib ki, Qərb dövlətləri İranla əldə olunan razılaşmanın icrasından sonra da ayır-sayıq olmalıdır: “Əgər İran bizi aldatmağa cəhd edərsə və gizlicə yenə nüvə silahı əldə etməyə çalışarsa, o zaman biz bunu dərhal anlarıq. Bütün bunların cavabı isə ağır olar”.

İran fars rejiminin Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari yanvarın 18-də jurnalistlərə açıqlamasında nüvə razılaşmasının icrasına başlanmasından və Amerika ilə münasibətlərdən danışıb.

Hüseyn Cabiri Ənsari “İran, nüvə probleminin həlli üçün yürütdüyü siyasətindən digər regional və beynəlxalq problemlərin həlli istiqamətində də istifadə edəcəkmi” sualını belə cavablandırıb: “İranın siyasəti ümumilikdə Amerika ilə digər məsələlər barədə müzakirə və danışıqlar aparmamaqdır. Bu, İran İslam Respublikasının Amerika ilə bağlı əsas siyasətidir”.

Xatırladaq ki, yanvarın 16-da(26 dey) Amerika başda olmaqla 5+1 qrupu ilə İran nümayəndələri Vyanada bir araya gələrək nüvə razılaşmasının icrasına başlanılması və nüvə fəaliyyətləri ilə bağlı İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların (Təhrimlərin)aradan qaldırılması barədə birgə bəyanat yayıblar.

 

Comments,Baxışınız
oguz gif telegram