/  
Ön yapraq » Oğuz xəbər » İranlılar Quzey Azərbaycanda Dini qarqaşa ,terror və fəsad törətməyə dəvam edirlər

İranlılar Quzey Azərbaycanda Dini qarqaşa ,terror və fəsad törətməyə dəvam edirlər

OğuzTV:Qumda , Quzey Azərbaycan cumhuriyyətindəki dini şarlatanlara dəstək mərasimi keçirilib.

Fars rejiminin məhkəmə Sisteminin rəsmiləri Nardaran hadisələri terrorçuları və qanunsuz fəaliyyət göstərən “İslam Partiyası” ekstrimistlərinə dəstək mərasimi keçirərək Quzey  Azərbaycana qarşı bəyanat yayıblar.
Mərasim Qum şəhərində Ədliyyə Şöbəsi və Qum Nur Mədəniyyət Mərkəzi tərəfindən keçirilib.
Qumda Seyid Əli Şah İmamzadəsi Məqbərəsi Kompleksində keçirilən mərasimə İranda din adı altında anarşıstlıq və terror təhsil alan bir çox Quzey Azərbaycan vətəndaşı da qatılıb. Mərasimdə Quzey Azərbaycana qarşı bəyanat qəbul olunub.
Bəyanatda Nardaran terror hadisələri terrorçularının azadlığa buraxılması tələb edilərək Azərbaycanda müsəlmanların dini hüquqlarının pozulduğu qeyd olunub.
Mərasim çıxışçıları terror hadisəsi zamanı ölən ekstrimistləri “şəhid” adlandırıblar.
Mərasimdə İttilaat(ETTELAAT-İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) məsulları Azərbaycan Respublikasına qarşı yalan iddialarla çıxış ediblər.

Mərasimin əsas çıxışçısı Qum Əyaləti Ədliyyə Şöbəsinin Məhkəmə işləri üzrə rəis müavini Cəfər Rəməzani, Nardaran hadisəsi ilə bağlı tutulanların azadlığa buraxılnasını istəyib.
“Belə hadisələr dini daha da gücləndirir. Azərbaycanlı ruhanilər və dindarların islama zidd siyasətlərə qarşı müqaviməti, bu ölkədə dinin güclənməsinin sübutudur. Təəssüflə həmin hadisələrdə bir çoxları saxlanıldı, onlardan bəziləri hələ də həbsdədir”- deyə o bildirib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri iran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır.
Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 5-i zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub.
Fars rejimi Azərbaycan müstəqil olduğu gündən bu ölkənin dövlətçiliyinə qarşı müxtəlif yollarla mübarizə aparır. Güney Azərbaycanı bütünlükdə nizami işğalında saxlamaqla ,Quzey Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinə yardım etmək, 35 milyon Güney Azərbaycan türkünü dəvamı təhqir edib haqlarını və kimliklərini qasb etmək ,Quzey Azərbaycanda dini ekstrimist və terrorçu qruplar yaradıb onları gücləndirmək,Quzey Azərbaycanda narkotik və fəsad yola salmaq,Quzey Azərbaycan dövlətinə qarşı Quzey topraqları içərisində casuslar və təxribatçılar yetişdırmək , Güney Azərbaycan Milli azadlıq yolunu açalara ağır təziqlər etmək ,Kütləvi İnformasiya Vasitələri ilə qonşu ölkəyə qarşı təbliğ etmək və s. İranlıların Azərbaycana qarşı izlədiyi siyasətin tərkib hissəsidir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture