/  
Ön yapraq » Oğuz xəbər » İsa Kələntərli həyəcan təbili çaldı

İsa Kələntərli həyəcan təbili çaldı

Oğuz TV: “Təsnim” adlı İran dövlət sitəsinin yazdığına görə, Urmu gölünü qurtarmaq üçün qurulmuş qrupun iclasında çıxış edən İsa Kələntəri qeyd edib ki, 20 ildir bilərək qurudulan Urmu gölünün 2 ildə həyata qaytarmaq qeyri-mümkündür. Urmu gölünü qurtarmaq üçün yetərli büdcə ayrılmamış, ayrılan kiçik büdcə də məmurlar tərəfindən boş yerlərə xərclənmişdir deyə İsa Kələntəri sözlərinə əlavə edib. Urmu gölünün qurtalırması üçün ən az 13 il durmadan çalışmaq lazımdır. Amma dövlət bunun üçün yetərli büdcə ayırmır. Buna görə də bölgə bir çevrə fəlakəti ilə üz-üzədi. Bu fəlakət burda yaşayan Türklərin burdan məcburi köç etməsinə səbəb olacaq deyə İsa Kələntərli qeyd edib.

Comments,Baxışınız
oguz gif telegram