/  
Ön yapraq » Oğuz xəbər » İşğalçılar Kırımdakı həbsxananı tatarlarla doldurdu

İşğalçılar Kırımdakı həbsxananı tatarlarla doldurdu

Oğuz TV: Rusiya tərəfindən işğal edilən Krımda həbsxanalardan sorumlu şəxs  Vadim Bulgakov, Krımda olan tək zindanın  tutumundn  iki qat daha çox adam ilə doldurulduğunu açıqladı.

Kırım mətbuatının yaydığı xəbərə görə, zindanın  tutumunun 817 adam olduğunu bildirən  Bulgakov, hazırda  orada  təxminən 1,5 min adamın olduğunu söyləyib.

“Bizim tək zindanımız iki qat doludu. Bu bizim günahımız deyil. Tutumu 817 adam olmasına baxmayaraq, hal-hazırda orada təxminən min beş yüz adam saxlanılır “deyən Bulgakov, bu zindanda  107 qadının da olduğunu açıqlayıb.

Krımdakı həbsxanada ümumi olaraq təxminən 3 min məhkumun yatdığını qeyd edən Bulgakov, zindan  problemini həll etmək üçün rus işğalçılarının  Akmescitdə  yeni bir həbsxana  inşa edəcəyini açıqladı.

Rusiya, Krımı işğal etdikdən sonra işğala qarşı çıxan şəxsləri tutuqlamağa  başladığı üçün bugün cəzaevi Kırım tatarları ilə doludu.  Rus işğalçıların bu təzyiqlərdən ən çox Krım Tatarları zərər görür.

Comments,Baxışınız
oguz gif telegram