/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İslam Əməkdaşlıq Təşkilatı İran adlanan yer və Ermənistanı qınadı

İslam Əməkdaşlıq Təşkilatı İran adlanan yer və Ermənistanı qınadı

Oğuz TV: İstanbulda keçirilən 13üncü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısının ardından yayımlanan sonuç bəyannaməsində, İranın bölgə ölkələrinin iç işlərinə qarışması və Ermənistanın Dağlıq Qarabağ da törrətdiyi terrör pislənib.

Oğuz TV nin aldığı bilgilərə görə İran adlanan yeri prezidenti Həsən Ruhanin təmsil etdiyi toplantının sonuç bəyanatında bu maddələr yer alıb:

  • İranın bölgə ölkələrinin iç işlərinə müdaxilə etməsindən narahatlıq duyulduğu ifadə edilib.
  • İranın Səudiyyə Ərəbistanında terror suçlarının günahkarlarının edamına dair məhkəmə qərarı haqqında fitnəkar bəyanatları rədd edilib.
  • Ermənistanın Azərbaycana təcavüzkar tutumu pislənib.
  • Erməni silahlı qüvvələrin Dağlıq Qarabağdan tamamilə və şərtsiz geri çəkilməsi istənilib.
  • İslam ölkələri və İran adlanan yer arasında əməkdaşlıq əlaqələrinin vacibliyinə diqqət çəkilib.
  • Suriyanın birliyi, müstəqilliyi, əgəmənliyi və topraq bütövlüyünün qorunmasının vacibliyinə diqqət çəkilib.
  • Hizbullahın Suriya, Küveyt, Bəhreyn və Yəməndəki “terrorçu” fəaliyyətləri və İƏT ölkələrində terrorçu hərəkətləri dəstəkləməsi pislənilib.
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture