/  
Ön yapraq » Oğuz xəbər » İşqalçı Ermənilər döyüş mövqelərini tərk edir – MN
İşqalçıErmənilər döyüş mövqelərini tərk edir - MN
Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir - Müharibəyə HAZIRLIQ? آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

İşqalçı Ermənilər döyüş mövqelərini tərk edir – MN

OğuzTV:Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb.

OğuzTV xəbər verir ki, avqustun 4-də Xocavənd rayonu ərazisində yerləşən Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib.

Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk ediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.

Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Belə ki, avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyanın döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər.

Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun artilleriya divizionunda isə yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.

Comments,Baxışınız
oguz gif telegram