/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İsrail, Amerika və Britaniya fars molla rejiminə qarşı sərd çıxışlar ediblər
İsrail Amerika və Britaniya fars molla rejiminə qarşı sərd çıxışlar ediblər

İsrail, Amerika və Britaniya fars molla rejiminə qarşı sərd çıxışlar ediblər

OğuzTv: İsrail İranın Suriyada fəaliyyət göstərə, möhkəmlənə bilməməsi üçün bütün gücünü sərf edəcək.
18Fevral 54-cü Münhen(Munix) Təhlükəsizlik Konfransında İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.
 
B. Netenyahu deyib ki, İranın Suriyada niyyəti aydındır: “İran Tehranla Tartusu birləşdirmək və vahid dövlət yaratmaq istəyir. İsrail İranın Suriyada hərbi fəaliyyətinin qarşısını alacaq. İran Suriyada baza yaratmaq istəyir. İranın Suriya münaqişəsinə aktiv müdaxiləsi İsrailin situasiyaya müdaxilə etməmək barədə qərarını dəyişir. Əgər Suriya prezidenti Bəşər Əsəd İrana Suriya ərazisinə daxil olmağa icazə verirsə, bu, bizim mövqeyi dəyişir”.
B. Netenyahu İranın Yaxın Şərqdəki fəaliyyətinin müəyyən dərəcədə İsraillə ərəblərin yaxınlaşmasına kömək edib: “İranın hərəkətində bir müsbət amil var ki, bu hərəkət ərəblərlə israilliləri yaxınlaşdırır. Belə halda bizə israillilərlə fələstinlilər arasında sülhə nail olmaq olar”.

 
İsrail baş naziri İranın sanksiya nəticəsində siyasətini dəyişmədiyini və regionda “təhlükəli oyunçu” olaraq qaldığını vurğulayıb.
Netaniyahu Konfransında iştrak edən İran xarici işlər nazirini “mükəməl və usta  yalancı “adlandırıb və ölkələrin təmsilçilərinə xitabən deyib ,”iran hakmiyetinin heç bir sözünə inanmayın”.

Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, fevralın 16-da İranın bölgədə apardığı dağıdıcı siyasəti barədə bəyanat yayaraq, BMT Təhlükəsizlik Şurasını rəsmi Tehrana qarşı ciddi addımlar atmağa çağırıb.

Yəməndəki husi yaraqlılarına və onun müttəfiqlərinə qarşı BMT-nin qoyduğu   sanksiyaların rəsmi Tehran tərəfindən pozulması barədə yayılan hesabata toxunan Nikki Haley bildirib ki, BMT-nin İrana qarşı ciddi tədbir görməsinin vaxtı gəlib çatıb: “Səudiyyə Ərəbistanına atılan raketlərin mənşəyi barədə ekspertlərin yanvar ayında yaydığı hesabat, bizim bir neçə ay əvvəldən dediklərimizi bir daha təsdiqləyir. O da budur ki, İran, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq gizli və qanunsuz şəkildə Yəməndəki husilərə silah-sursat və pilotsuz təyyarələr göndərib.

Aydın məsələdir ki, dünya birliyi, İranın bu qanun pozuntuları qarşısında sakit qala, onun BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq-aşkar pozmasına göz yuma bilməz. Hesab edirik ki, İran, bu qanun pozuntularının məsuliyyətini üzərinə götürməlidir. Məhz bunları nəzərə alaraq güman edirik ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı ciddi tədbir görməsinin vaxtı gəlib çatıb”.

Fevralın 16-da Berlinə səfər edən Böyük Britaniyanın baş naziri Tereza Mey, jurnalistlərə açıqlamasında Qərblə Tehran arasında imzalanmış nüvə sazişindən və İranın Orta Şərq regionunun sabitliyinə qarşı yönəlmiş təxribatçı siyasətindən danışıb.

Almaniyanın kansleri Angela Merkellə görüşüb danışıqlar aparmasından sonra jurnalistlərə açıqlama verən Tereza Mey deyib ki, onun ölkəsi İrana qarşı daha ciddi addımlar atmağa hazırdır: “Biz, Qərblə İran arasında imzalanmış nüvə sazişinin qorunub saxlanılması və onun tam icra olunması mövzusunda müttəfiqlərimizlə eyni fikirdəyik. Lakin buna baxmayaraq, biz, həm də  İranın Orta Şərqin sabitliyinə qarşı yönəlmiş dağıdıcı fəaliyyətindən çox nigaranıq. Bu isə bizim, ortaq nigarançılığımızdır. Məhz həmin problemi aradan qaldırmaq üçün də bildirirəm ki, Böyük Britaniya İrana qarşı daha kəskin və zəruri addımlar atmağa hazırdır”.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture