/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İsrail iran adlanan yeri Rusyaya şikayət edəcək

İsrail iran adlanan yeri Rusyaya şikayət edəcək

Oğuz TV: İsrail Hökumət Sözçüsü Ofir Gendelman, verdiyi yazılı açıqlamada, Netanyahunun Moskva səfərində Rusiya Prezidenti Vladimir Putinlə bir araya gələcəyini bildirib. Görüşdə, “Suriya böhranı və İranın Suriyadakı varlığı” məsələlərinin müzakirə olunacağı qeyd edilib.

Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayan Netanyahu, “İran, qara və donanma gücünü Suriyada davamlı hala gətirməyə çalışır. Bundan başqa, bizə qarşı da Golan Təpələrində zaman içində bir cəbhə açmağa yönəlmiş təşəbbüsləri var. Bu ehtimala qarşı İsrailin güclü müxalifətini Prezident Putinə çatdıracağam” dedi.

Oğuz TV nin aldığı bilgiyə görə, İsrail Baş Naziri, Rusiya ilə ortaq anlaşmaya varmağı və Suriyada Rus gücləri ilə İsrail ordusu arasında indiyə qədər bir münaqişə çıxmadan davam etdirilən vəziyyətin davam etməsini ümid etdiyini deyib. İsrail, zaman zaman Livan mərkəzli təşkilat Hizbullahın Suriyadan silah gətirməsini qarşısını almaq üçün Suriyada hava hücumları təşkil edir. İsrail ordusu və Rusiya arasında hər hansı bir qarşıdurma olmaması üçün 2 il əvvəl koordinasiyalı hərəkət etmək üçün anlaşmışdı.

Netanyahunun Moskva səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9-10 Martdakı səfərilə eyni vaxta təsadüf edir. Rus Sputnikin xəbərinə görə, Kremlin Sözçüsü Dmitri Peskov Putinin 9 Martda Netanyahu ilə, 10 Martda da Ərdoğan ilə görüşməyi planlaşdırdığını ifadə etdi. Peskov, suallar üzərində üçlü bir zirvə görüşünün planlaşdırmadığını deyib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture