/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İsrail-iran savaşına adım adım; İran, İsrailə 20 roketlə saldırıb
قاسم سلیمانی حملات موشکی به مواضعمان در جولان را فرماندهی کرد در جواب دها انبار مهمات و مواظع نظامی ایران در سوریه توسط ارتش اسرائیل محو شد

İsrail-iran savaşına adım adım; İran, İsrailə 20 roketlə saldırıb

Oğuz TV: İsrail, Suriyənin güneyindəki Kuneytra rayonuna bağlı Baas və Hadar bölgələrinə tank atəşləri və hava saldırıları təşkil etdi. İsrail ordusundan verilən yazılı bəyanatda isə İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvəsinin Suriyədən İsrail nəzarəti altındakı Golan Təpələrindəki bazalarına doğru 20 raket atdığı qeyd olunub.

Oğuz TV nin aldığı bilgiyə görə, İsrail qüvvələrinin nəzarəti altında saxladığı Golandan Suriyənin güneyində Bəşar Əsəd rejiminin nəzarətindəki Kuneytra rayonuna bağlı Baas və Hadar şəhərinə tank atəşləri keçirdi.

Rejim güclərinin çoxlu minaatanlar ilə qarşılıq verməsinin ardından İsrail savaş uçaqları Baas şəhərinin ətrafındakı bölgələrə və Kuneytra rayonunun quzey kəndindəki Sim Əhmər bölgəsinə yürüşlər təşkil etdi. Saldırı sonrası İsrailin Golan bölgəsində siqnal səsləri çalmağa başlayıb.

İSRAİL: İRAN QÜVVƏLƏRİ 20 RAKET ATDI

İsrail ordusundan verilən yazılı açıqlamada, İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvəsinin Suriyədən İsrail kontrolu altındakı Golan Təpələrindəki bazalarına doğru 20 raket atdığı qeyd olunub.

Atılan bütün raketlərin İsrail hava savunma sistemi Dəmir Günbəz tərəfindən havada təsirsiz hala gətirildiyi ifadə edilən açıqlamada, saldırıda ölən ya da yaralanan olmadığı qeyd edilib. Açıqlamada ayrlca, “İsrail ordusu bunu dəhşətli bir hadisə olaraq görür və müxtəlif senaryolara hazır olmağa davam edir” İfadəsinə yer verilib.

Comments,Baxışınız
oguz gif telegram