/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İsrail:İran əleyhinə gizli Amerika-Rusiya-Türkiyə ittifaqı yaranır

İsrail:İran əleyhinə gizli Amerika-Rusiya-Türkiyə ittifaqı yaranır

OğuzTV: “Mossad”a yaxınlığı ilə tanınan “Debka File” saytında (hərbi kəşfiyyat məlumatlarına dayaqlanan sayt – Debka.comtərc.) Donald Trampın ABŞ-da prezidenti seçilməsindən sonrakı dövrü əhatə edən Suriya hadisələri ilə bağlı bir yazı dərc edilib. Bu məqalədə “ABŞ-Rusiya-Türkiyə üçlüyünün Suriyanın gələcəyi ilə əlaqədar ortaq ittifaq yaratması”ndan bəhs edilir.

Məqalədəki iddialara görə, Putin və Tramp, üçtərəfli sazişə əsasən, Suriyada hərbi idarəçiliyi xatırladan “təhlükəsiz bölgələr” qurmağa qərar veriblər. Bundan əlavə, Rusiya-ABŞ-Türkiyə orduları həmin “təhlükəsiz bölgələr”ə cavabdeh olacaqlar.

“Debka File” irəli sürdüyü iddialarla bağlı yazır: “Bu qərara əsasən, İranın müdafiə etdiyi sözdə şiə ittifaqı və “Hizbullah” Hərəkatı Suriyanı tərk etmək məcburiyyətində qalacaq, Suriyanın şimal-şərqindəki, İraq sərhədinə yaxın bölgə və kürdlərin məskunlaşdığı ərazi – Fərat çayının şərq hissəsi ABŞ ordusunun nəzarətinə keçəcək”.

Məqalədə 2016-cı ilin sonunda ABŞ-ın sabiq prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinin Fəratın şərqindəki bölgələrin ABŞ-ın, Aralıq dənizinin sahillərində yerləşən ərəb yaşayış məntəqələrinin isə Rusiyanın nəzarətinə verilməsinə dair razılaşmanın əldə olunduğu iddia edilir.

Türkiyənin bu təsisatda – “təhlükəsizlik zonalar”da yeri – iki ölkənin ortaq sərhədlərinə yaxın Suriya torpaqlarının 35-50 kilometr içərisindəki ərazidir və o, türk ordusunun işğalı altında olan Əl-Bab şəhərinə qədər məsafəni əhatə edəcək.

“Debka.com” yazının davamında qeyd edir: ABŞ-ın idarəçiliyindəki “2-ci təhlükəsizlik zonası” Suriyanın cənubunda, bu ölkənin İsrail və İordaniya ilə sahib olduğu ortaq sərhəd boyunca yaradılacaq. Putin və Tramp arasında İran və “Hizbullah” Hərəkatının Suriyadan çıxarılmasına dair razılaşmaya əsasən, bu etibarlı bölgənin yaradılmasında məqsəd İsrail və İordaniya sərhədlərini qorumaqdır.

Beləcə, bu razılaşmanın tətbiq ilə İran və “Hizbullah”ın regional təsiri də bitmiş olacaq“.

“Azadlıq” / “Azad Avropa” Radiosunun xəbərinə görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli İran fars rejiminin əleyhinə iddialarını təkrarlayaraq, Suriyadakı böhranın siyasi həllinin İran və müttəfiqlərinin bu ölkədən çıxarılması ilə bağlı olduğunu irəli sürüb.

Beləcə, ABŞ və onun dəstəklədiyi qrupların Suriya münaqişəsində oynadığı rolları görməməzliyə vuran N.Heyli deyib: “Hazırda bütün səylərimiz münaqişənin siyasi həllinə yönəldilib və bu da Suriyanın artıq terrorçuların etibarlı sahəsi olmayacağını göstərir. İran və onun dəstəklədiyi müttəfiqlərinin Suriyadan çıxarılması məsələsində əmin olmalıyıq”.

Bunlara əlavə olaraq, Almaniyanın “DW” kanalı da İsrail baş naziri B.Netanyahunun Rusiyanın dövlət başçısı V.Putinlə danışıqlarına işarə edərək, bunu iddia edib: “Bu ikili arasında reallaşan görüşün əsas mövzusu dayandırılmasının lazım olduğuna dair razılaşdıqları İranın liderlik etdiyi şiə hərəkatının bölgədə gündən-günə artan təsiri idi”.

“İranın Suriyada varlığı İsrail tərəfindən qəbul edilə bilməz”, – deyən Netanyahu sözünə belə davam edib: “İsrail Suriyada əldə olunan istənilən siyasi həlli müsbət qarşılayacaq, ancaq İran və “Hizbullah”ın bu ölkədə qalmasına da sərt şəkildə qarşı çıxacağıq”.

Bütün bunları nəzərə alaraq, İran və Rusiya arasında qarşıdurma və anlaşılmazlıq meydana gəldiyini göstərməyə çalışan psixoloji müharibə və manipulyasiyalara baxmayaraq, Rusiya rəsmiləri bu məsələdə önə sürülən iddialara dair özləri xəbərdarlıq edərək, əsassız xəbərlər yaymağa çalışan qaynaqların da lazım olan cavabını veriblər.

Bu istiqamətdə göstərilə biləcək ən əhəmiyyətli nümunə isə B.Netanyahunun martın-9-da Moskva səfərində irəli sürdüyü İran əleyhinə ifadələrə Putinin kinayəli cavabı, İsrail baş nazirinin İranla bağlı tarixi dünyagörüşünü dəyişdirib bu rejim və İran arasındakı 100 illik polemikanı unutmasını tövsiyə etmək idi.

Bu istiqamətdə xatırladılması lazım olan başqa bir məsələ “Mehr” Xəbər Agentliyinin etibarlı mənbələrdən əldə etdiyi xəbərdir. Həmin məlumata əsasən, Rusiyanı İranın Astana müzakirələrinə çağırılmasının gərəksiz olduğuna razı salmağa çalışan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna rus həmkarı Sergey Lavrov yarım saatlıq qərarlı bir cavab verib.

Türkiyə xarici işlər nazirinin, İran xarici işlər naziri Zərifin yanında, rus həmkarından “İranı Astana müzakirələrinə çağırmayın” deməsinə S.Lavrovun verdiyi kəskin və tamamlayıcı rədd cavabından sonra Məhəmməd Cavad Zərif M.Çavuşoğluna deyib: “Layiq olduğunuz cavabı aldığınıza görə artıq mənim danışmağıma lüzum qalmadı”.

Bu xəbərə görə, S.Lavrovun Çavuşoğluna verdiyi cavabdan iki mətləb ortaya çıxır: birincisi, Suriya böhranının 6 illik müddətində heç bir ölkə İran qədər qeydsiz şərtsiz olaraq terrorçu-təkfirçi  təşkilatlarla mübarizə etməyib; ikincisi, İran digər ölkələrin daxili işlərinə qarışmayıb, əksinə, bu ölkələrdəki siyasi taleyin xalq tərəfindən müəyyən edilməsinə səy göstərib.

Rusiya daha əvvəllərdə Qərb-Ərəb-Sionist oxun İran və Rusiya arasındakı ittifaqa yönəlik planlı psixoloji manipulasiyalara diqqəti çəkib, qarşıya qoyulan iddiaların əsassız və məntiqsiz olduğuna dair İrana lazım olan təminatları çoxdan verib.

Etibarlı mənbələr vasitəsilə əldə oluna məlumatlara görə, Rusiya dövlət başçısının Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Lavrentyev bu yaxınlarda baş tutan İran səfəri çərçivəsində bəzi İranı rəsmiləri ilə bu məsələ barədə məlumatlandırıb, Qərb dəstəkli media təbliğatının meydana gələcəyindən bəhs edib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture