/  
Ön yapraq » Oğuz xəbər » İstanbul da terror 39 can aldı

İstanbul da terror 39 can aldı

Oğuz TV: İstanbul Ortaköy-dəki gecə klubu Reina-da terror! Gecə klubuna saat 01.15 sıralarında silahlı hücum olub. Ağır silahla qapı önündə atəş açan terrorçu 1 polis ilə 1 vətəndaşı şəhid etdikdən sonra içəri girdi, vətəndaşların üstünə güllə yağdırdı.

Oğuz TV nin İstanbul dan aldığı bigiyə  görə, İstanbul Valisi ilk açıqlamada həlak olanların sayını 35 olaraq açıqlamışdı. İrəliləyən dəqiqələrdə kameraların qarşısına keçən Türkiyə İç İşlər Naziri Süleyman Soylu, alçaq hücumda 39 nəfərin həyatını itirdiyini, 69 nəfərin müalicə gördüyünü söylədi. 21 nəfərin kimliyi (16sı yabancı, 5i Türkiyə Cümhuriyyəti vətəndaşı) məlum oldu. Terrorçunu axtarış işləri davam edir.

Xəbər üzərinə olay yerinə çox sayda polis və tibb briqadası gəlib. Polis qaçan terrorçunu yaxalamaq üçün çalışmalara dəvam edir. Ancaq güvənliq kamerasına əks olunan terroristin qaçdığı iddia edilir. Şahidlərin sözlərinə görə isə birdən çox terrorist olduğu iddia edilir. Yaralılar ambulanslanla ətraf xəstəxanalara aparılıb.

İç işləri Naziri Süleyman Soylu, İstanbuldakı terror saldırısında 39 adamın həyatını itirdiyini bildirərək, “Bunların hazırda 21inin kimliyi bəlli. Hələ digər 18inin kimliyinə bağlı müəyyən işləri davam edir. 16sı xarici təbəəsi, 5i Türkiyə Cümhuriyyəti vətəndaşı, digər kimliyi bəlli olmayanlarla bağlı belə bir dəyərləndirmə edəbilmirik”. Dedi.

“TERRORÇU AXTARIŞ İŞLƏRİ DAVAM EDİR”

Hadisənin, gecə saat 01.15 sıralarında baş verən terror aktı olduğuna işarə edən Soylu, bunları qeyd etdi: “Hazırda 69 vətəndaşımız, daha doğrusu, 69 nəfər xəstəxanalarda müalicə alır. Bunun 4ü ağır olaraq bizə bildirildi ki, 1i çox ağır. Əlbəttə ki, bir terror hücumudur bu. Xain, dinc insanlara qarşı və millətin ümidlərini təzələdiyi bir yeni ilində baş verən və insanların savunmasız olduğu bir yerdə, onların belə bir şeydən xəbərsiz, heç bir şəkildə ağlından keçməyən bir vəziyyətdə aparılan qeyri-insani və alçaq bir hücum. Terrorçu axtarış işləri davam edir. Polisimiz lazımi əməliyyatları başladı. İnşallah yaxın bir zamanda ələ keçəcəyini ümid edirik. İnşallah bir daha belə bir hücumla qarşı-qarşıya qalmırıq. Yenidən başımız sağ olsun”.

Terror hücumunu edən təşkilatla bağlı bir sual üzərinə Soylu, “Bütün detaylı işlər dəvam edir. Dəqiq qiymətləndirmə etməyimiz doğru olmaz. Dəqiq qiymətləndirmə olduqda da ictimaiyyətilə paylaşarıq”. İfadələrini qullandı.

Comments,Baxışınız
oguz gif telegram