/  
Ön yapraq » Oğuz xəbər » İstanbulun mərkəzində Partlama, şəhidimiz var(Görüntülü)

İstanbulun mərkəzində Partlama, şəhidimiz var(Görüntülü)

OğuzTV:Qardaş Türkiyənin İstanbul şəhərində ən turistik ərazilərindən biri olan İstiqlal caddəsində – Taksim meydanı yaxınlığında baş verən partlayış nəticəsində ölü sayı 5-ə çatıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, İstanbul valisi Vasip Şahin Beyoğlunda terror hücumu nəticəsində canlı bomba ilə birlikdə 5 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 20 yaralının olduğunu deyib. 

“CNNTürk”ün məlumatına görə, terrorçunun üzərindəki bomba əsl hədəfinə çatmadan partlayıb. İndi onun özünü əslində harada partlatmaq niyyətində olduğu araşdırılır.

Türkiyədə bu gün növbəti partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə İstanbulun mərkəzində İstiqlal caddəsi adlanan ərazidə olub. İlkin məlumata görə, hadisə nəticəsində iki ölü və yaralılar var. Onlardan birinin canlı bomba olduğu ehtimal edilir.

Hücumdan sonra küçə boşaldılıb. Adıçəkilən əraziyə maşınların giriş və çıxışı qadağan edilib, yol bağlanıb. Hazırda əraziyə polislər cəlb edilib, havadan helikopterlərlə nəzarət həyata keçirilir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Əraziyə çox sayda təcili yardım maşını da çağırılıb. Hadisə şahidləri kamikadzenin özünü partlatdığını iddia ediblər. Hadisəni törədənlərin yaxınlıqda ola biləcəyi ehtimalına qarşı polis ara küçələrdə yoxlamalara başlayıb.

Bu gecə İstanbulda 5 min polisin iştirakı ilə əməliyyat keçirilib. Əməliyyatla 30 minə yaxın insan pasport yoxlamasından keçib, 7 min maşın didik-didik axtarılıb,  600-ə yaxın iş yerindəki əməliyyatda ümumilikdə 130 şübhəli şəxs saxlanılıb. Saxlanılanlardan partlayıcı maddələr aşkar edilib.

Yaxın günlərdə daha bir neçə əməliyyatın keçiriləcəyi gözlənilir
Başın sağ Olsun böyük Türk MİLLƏTİ

Comments,Baxışınız
oguz gif telegram