/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İsveçdə seminar:Azərbaycanda 1918-ci il 31Mart Soyqırımı Və Onun Mahiyyəti-Çıxşcı:İ. Xaqanı

İsveçdə seminar:Azərbaycanda 1918-ci il 31Mart Soyqırımı Və Onun Mahiyyəti-Çıxşcı:İ. Xaqanı

OğuzTV:İsveçin Başkəndi Stokholmda “Azərbaycanda 1918-ci il 31Mart Soyqırımı Və Onun Mahiyyəti”adlı seminar keçiriləcək .

 

Məruzəçi: tarix araşdırmaçısı Xaqani İsmayıl.

Qonu:Azərbaycanda 1918-ci il 31Mart Soyqırımı Və Onun Mahiyyəti
Seminar ingilis və isveç dillərində keçiriləcəkdir.

 

Tarix və zaman : Salı günü 09 May 2017 saat 13.00
Yer: Parlament binası, Riksdagshuset, Stokholm

Seminarda iştirak etmək üçün yer mədudiyyəti olduğundan xahis olunur maraqlanarlar bizimlə ən geci bu şənbə 6 May saat 12 –cən əlaqə saxlasınlar:
e-mail info@azfi.org
və ya mobil tel. Settar Sevigin +46 070 712 01 17 (WhatsApp)
Teymur Eminbeyli + 46 070-776 03 03

 

 

Çıxışçı Haqda Bilgi
Xaqani Neyman oğlu İsmayılov (Xaqani İsmayıl) 1962-ci ildə Ermənistanın Varontsovka rayonundakı Qaraqala kəndində anadan olmuş, ilk təhsilini Qaraqala kənd məktəbində və Gürcüstanın Dmanisi rayonunun Muğanlı kəndində almış, sonra Azərbaycanda Bakı Dövlət Universitetini bitirmişdir.
Xaqani İsmayıl Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın tanınmış publisisti, yazıçı-jurnalisti və tarix araşdırmaçısıdır. Bir neçə şeir, pyes və tarix araşdırmaları kitablarının yazarıdır. Onun çap edilmiş əsərləri içərisində “Qarabağ taleyimiz”, “Salam, istiqlal”, “Haqsız dünya”, “Azərbaycanlı soyqırımı” vb. əsərləri ədəbi və elmi çevrələrdə müəllifə geniş nüfuz qazandırmışdır. Özəlliklə, müəllifin “Ermənilərin Müsəlmanlara, Xristianlara və Yəhudilərə qarşı soyqırımı” əsəri Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Türkiyə və Pakistanda da yaxından tanınmaqdadır.

Xaqani İsmayıl heç bir partıyanın üzvü deyil, ancaq publisistik, ədəbi və elmi fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətlərə də çox ciddi önəm verir, “31 Mart Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatı”nın sədri və “Pakistan – Azərbaycan Əlaqələri Cəmiyyəti”nin sədri olaraq ciddi fəaliyyət göstərir. Onun Gürcüstan, Ukrayna, Türkiyə və Pakistandakı məruzə və çıxışları yüksək səviyyədə qarşılanmış, göstərilən ölkələrlə Azərbaycan arasındakı ictimai və elmi əlaqələrin güclənməsinə yönəlik fəaliyyətləri həmişə yüksək dəyərləndirilmişdir.
Xaqani İsmayıl Rusiya imperiyasının çox ciddi dəstəyi və hərtərəfli açıq yardımları ilə “Böyük Ermənistan” xülyasına qapılmış ermənilərin Quzey və Güney Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Quzey Qafqazda və Orta Asiyada törətdikləri soyqırımı yeni tarixi faktlar və arxiv sənədləri ilə araşdırıb ortaya qoymuş, özəlliklə bu soyqırımın Azərbaycanın bütün Müsəlman (Türk, Talış, Ləzgi vb.), Xristian (Gürcü, Alman vb.) və Yəhudi əhalisinə qarşı tətbiq edildiyini ilk dəfə geniş şəkildə öyrənib ortaya çıxarmışdır.

 

Comments,Baxışınız
oguz gif telegram