/  
Ön yapraq » Oğuz xəbər » Kərkükdə 153 illik tarixi abidə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya

Kərkükdə 153 illik tarixi abidə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya

Oğuz TV: Türkamanların başkənti  Kərkük şəhərində olan 153 illik tarixi “Osmanlı Kışlası”nın böyük bir hissəsi dağıldı.

Bu tarixi abidə son illərdə baxımsızlıqdan  xarabaya dönmüş, 1985-ci ilə qədər İraq Ordusuna Kərkükdə hərbi baza olaraq istifadə edilmişdi. Qismən zərər görən ərazi, Birinci Körfəz Döyüşünün ardından İraq Mədəniyyət Nazirliyinin tərkibinə alınmışdı. “Osmanlı Kışlası” orijinal halına uyğun bir şəkildə bərpa edilərək, tarixi mədəniyyət məkanları zəncirinə əlavə olunmuşdu.

Son illərdə Kərkükdəki bəzi qeyri-hökumət təşkilatlarının, kışlanın baxımsızlıqdan sökülməklə qarşı-qarşıya olduğu ilə bağlı  çağırışları mediada geniş yer almışdı. Kışlanın iç qisimindəki divar və sütunlarında dərin çatlar gözə dəyirdi.

Kərkük Arxeologiya Dairəsi Müdiri Ayad Tarık, “Bağdad hökuməti binanın bərpa edilməsi üçün lazım olan müavinət göndərmədiyi üçün yağan  şiddətli yağışdan sonra, binanın bir qismi uçdu. Əgər tədbir alınmazsa binanın hamısı yıxılacaq. Daha əvvəl TİKA başda olmaq üzrə bir çox təşkilatdan kışlanın təmiri üçün dəstək istədik. Amma sahib çıxan olmadı. ” dedi.

“Osmanlı Kışlası”nın məhvi çox kədərləndiyini söyləyən Ömər Hüseyn adlı Kerküklü isə Bağdad və Kərkük yerli rəhbərliyinin bu mövzu ilə bağlı  laqeyid  olduğunu söylədi. Hüseyn, “Osmanlı Kışlası”na bir Türk tarixi əsəri olduğu səbəbiylə sahib çıxılmadığını iddia etdi.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture