/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Kərküklə bağlı sloqan atan təbrizli futbolsevərlər tutuqlandı. (Video)

Kərküklə bağlı sloqan atan təbrizli futbolsevərlər tutuqlandı. (Video)

Oğuz TV: Bu gün İran superligində oynanılan “Qoştəreşi Fulad Təbriz” (Göy Poladçılar Təbriz) və “İstiqlal” takımlarının oyununda milli sloqanlar atan bir neçə təbrizli yandaş fars rejminin polisləri tərəfindən tutuqlanıb.

Təbrizdən Oğuz TV müxbirinin göndərdiyi bilgiyə görə, tutuqlananlardan ikisinin kimliyini müəyyən etmək mümkün olub. 

Bunlar Əkbər Mühacir və Sədullah Sasani adlı Təbriz takımının yandaşlarıdı. 

Diqqətinizə çatdıraq ki, təbrizli yandaşlar oyun zamanı və oyundan sonra son zamanlar Kərkükdə baş verən “kürt bayrağı” olaylarında Türkman soydaşlarımıza dəstək olaraq “Bu torpaqdan pay olmaz, Kərkük kürdüstan olmaz” sloqanları atıblar. Və elə buna görə də fars rejminin polisləri tərəfindən hücuma məruz qalaraq tutuqlanıblar. 

Oyunda milli feallar tutuqlandi

Comments,Baxışınız
oguz gif telegram