/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Kərküklə bağlı sloqan atan “Traxtur” yandaşları fars polisinin hücumuna məruz qaldı

Kərküklə bağlı sloqan atan “Traxtur” yandaşları fars polisinin hücumuna məruz qaldı

Oğuz TV:  Hər zaman olduğu kimi yenə də Traxtur yandaşları fars polisinin hücumuna məruz qaldı.

Dünən yəni aprel ayının 7 də  İran superligində Təbrizin  “Traxtur” takımı ilə Qumun “Səba” takımı qarşılaşıb.

Qarşılaşmadan öncə Qum şəhərinə gələn Təbriz takımını yerli Türklər  qarşılayıb və “Traxtur” öz şəhərinə xoş gəlmisən” yazılı pankart açıblar.

Oyun başlaya-başlamaz yenə də yerli Taxtur yandaşları böyük pankartlar açaraq sevimli takımlarına dəstək veriblər. Bundan başqa Təbrizdə keçirilən oyunda olduğu kimi, Qumda da Təbriz takımının yandaşları son zamanlar Kərkükdə yaşanan “kürt bayrağı” olayları ilə bağlı Türkman soydaşlarımıza dəstək sloqanları atıblar.

Bu zaman rejmin polisləri Traxtur yandaşlarına hücum edərək onlara xəsarətlər yetiriblər. Nəticədə bir neçə soydaşımız yaralanıb. Məlumata görə, yaralılar xəstəxanalara aparılıblar.

Oğuz TV müxbirinin göndərdiyi bilgiyə görə, polislər bir neçə nəfəri tutuqlayaraq bilməyən istiqamətə aparıblar.  

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture