/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Kataloniya İstiqlıalçıları və İspaniya İşğalçıları arasında Qanlı toqquşma, yuxarı “Barselona” Takımıda Etirazda- Video

Kataloniya İstiqlıalçıları və İspaniya İşğalçıları arasında Qanlı toqquşma, yuxarı “Barselona” Takımıda Etirazda- Video

OğuzTV:İspaniyanın işğalında olan  Kataloniya bölgəsində müstəqillik referendumu üzrə səsvermə prosesi polisin müdaxiləsilə müşayiət olunur.

Kataloniya rəsmilərinə əsasən müstəqillik referendumunun keçirilməsinin qarşısını almağa çalışan polislə toqquşmalarda ən azı 337 nəfər xəsarət alıb.İspaniya hökuməti vəd edib ki, Konstitusiya məhkəməsi tərəfindən qeyri-qanuni tanınan referenduma yol verməyəcək.Polis seçiciləri səsvermə məntəqələrinə buraxmır, bülleten və səsvermə qutularını müsadirə edir.

Barselonada polis müstəqillik tərəfdarlarının keçirdiyi mitinq iştirakçılarına qarşı rezin güllə və dəyənəklərdən istifadə edib.Xəsarət alanların sayı barədə rəqəmlər Kataloniyanın regional hökuməti və səhiyyə rəsmiləri tərəfindən təsdiq olunur.İspaniyanın Daxili İşlər Nazirliyi 11 polis əməkdaşının yaralandığını xəbər verir.

Kataloniya hökuməti buna rəğmən davamiyyətin yüksək olduğunu proqnoz edib.Referendumun təşkilatçılarına əsasən məntəqənin bağlı olduğu təqdirdə seçici başqa məntəqədə səs verə bilər.

Seçicilərə həmçinin öz bülletenlərini çap etmək tövsiyyə olunur.

“Barselona” Kataloniyadakı tətilə qoşulacaq

“Barselona” futbol klubu oktyabrın 3-nə planlaşdırılmış tətildə iştirak edəcək.
Bu haqda  kataloniya klubunun rəsmi Twitter hesabında məlumat paylaşılıb.
““Barselona” FK tətil aksiyasına qoşulacaq. Sabah klub bağlı olacaq, heç bir komanda məşq etməyəcək”, – klubun bəyanatında deyilir. 
Qeyd edək ki, bu gün təşkil edilən mitinqdə regionun ictimai təşkilatlarının liderləri insanları oktyabrın 3-də ümumxalq tətilə çıxmağa çağırıblar.Xatırladaq Kataloniya bağımsızlıq mücadiləsinin olayları dünyada maraqla izləndiyi kimi istiqlal döyüşü aparan güney Azərbaycandanda diqqətə alınır.

Comments,Baxışınız
oguz gif telegram