/  
Ön yapraq » Oğuz xəbər » Kırımda Tatar milli fəalların evlərinə basqınlar olub

Kırımda Tatar milli fəalların evlərinə basqınlar olub

Oğuz TV: Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, Rusiya tərəfindən işğal edilən Kırımda insan hüquqları vəziyyətinin gündən günə pisləşdiyini bildirib.

Refat Çubarov, Rusiya tərəfindən işğal edilən Kırımda Kırım Tatar milli hərəkətinin milli fəallarına qarşı basqıların artdığını qeyd etdi.

 Refat Çubarov, bildirib ki, “Bu gün Kırımda Kırım Tatarlarının evində çox sayda axtarış edilir, Kırım Tatar milli hərəkəti üzvləri sorğu-suala  çəkilir.  Damir Minadirov (Yalta), Bəxtiyar Topuz (Yalta), Rüstəm Osmanov (Bahçesaray), Nariman Mamedinov (Bahçesaray bölgəsi Zalanköy (Holmovka) kəndi, axtarışdan sonra nəzarətə alındı ​​və Sivastopol’e aparıldı), “deyə bildirdi.

 Kırım Xəbər ajansının verdiyi bilgiyə görə, Rusiya tərəfindən işğal edilən Kırımda insan hüquqları vəziyyətinin pisləşdiyini ifadə edən Çubarov, “İşğal edilən Kırımda insan hüquqları vəziyyəti gündən günə pisləşir. Bununla birlikdə işğalçı rəhbərliyin bütün məqsədli təzyiqləri Kırım Tatarlarına istiqamətli “deyə qeyd etdi.

 Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) nümayəndələri 22 bəhməndə (11 fevral) Kırımın fərqli bölgələrində Kırım Tatarlarının evlərinə basqınlar təşkil etdi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture