/  
Ön yapraq » Könül Ordubadi ” Bir gün durnalarla uçub gedərəm…”Qoşma

Könül Ordubadi ” Bir gün durnalarla uçub gedərəm…”Qoşma

OğuzTV:Milli qoşar Könül Ordubadlı,dan gözəl qoşma” Bir gün durnalarla uçub gedərəm…”

Bir gün durnalarla
uçub gedərəm…
Yenə o limanda
Mənsiz qalarsan
Üşudər könlunu
xatirələrim
Səssizcə sahillə
qucaqlaşarsan…
 
Həyat sınıq kamana bənzər…adlı kıtabımın səhıfələrındən…
 
Əlindəki gülə dönsəm
Ocagında kulə dönsəm
Danışmayan dilə dönsəm
Gözlərimdən oxu məni…
 
Bəxtim tikan kolu olub
Göz yaş ilə dolu olub
Sevgim hicran yolu olub
Sözlərimdən oxu məni…
 
Yoxluguna köc olmuşam
Usanmışam hec olmuşam
Yorulmuşam bes olmuşam
Dizlərimdən oxu məni….
 
Daranmamış telə dondum
Çilgin axan selə dondum
Qasırgaya yelə dondum
Tellərimdən oxu məni
 
Şeirlərdə dolan mənəm
Haray çəkib solan mənəm
Qismətindən olan mənəm
Sətirlərdən oxu məni….
 
===
 
“Dəli Sevdam” adli kitabimdan…
 
Qəlbimin yuvasın mən tapmaq ücün
Bir qərib yuvadan qacmaq istədim
Sinəmdə yaramı sagaltmaq ücün
Sınmış qanadımla ucmaq istədim
 
Nə mən əvvəlkiyəm,nə xatirələr
Göynədir qəlbimi sənsiz o izlər
Nə mən donə bildim xatirələrə
Nə sən danışırsan nə məsum gözlər
 
Kecmişi qapayıb bu günə meyil
Bir yeni səhifə acaq bu gundən
Qəlbinin səsini dinlə gec deyil
Illərin xətrinə ucaq bu gundən
 
Mən səni yaratdım baxışlarımda
Gözlərim dunyanin bil huysuzudur
Cəkmişəm simanı naxışlarımda
Gözüm, gözlərinin yuxusuzudur…
 
 
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture