/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Məhkəməyə çağrılan milli fəallar etiraz etdi
فعالین حرکت ملی‌ آزربایجان جنوبی

Məhkəməyə çağrılan milli fəallar etiraz etdi

Oğuz TV:  Ötən ay “Ana Dili” günün ilə bağlı Təbriz məhkəməsinə çağrılan bir sıra Güney Azərbaycan Milli Hərəkatının fəalları dünən çağrış vərəqəsinə görə məhkəməyə gediblər.

Əhər məhkəməsinə gedən milli fəallar bunlardı: Abbas Lisani, İsrafil Fətullazadə, Əsgər Əkbərzadə, Beytulla Bərzigər, Meysəm Colani, Əkbər Əbulzadə, İbrahim Nuri, Murtaza Məhəmmədi, Şapur Nüsrətpur və  Vahid Faizpur.

Adını çəkdiyimiz bu milli fəallar, Əhər şəhərində Qazi Nəzərinin qəbulunda olublar. Nəzəri soydaşlarımıza  onların məhkəmələrinin Əhərdə deyil, Təbriz İnqilab məhkəməsinin 3-cü şöbəsində keçiriləcəyini deyib.

Milli fəallar isə buna etiraz ediblər. Onlar İran Anayasasının 10, 11, 12 maddələrini göstərərək qanunla tutuqlandıqları şəhərdə məhkəmə qarşısına çıxarılmalı olduqlarını vurğulayıblar.

Qazi Nəzəri milli fəalların bu etirazını qəbul etməyib və  artıq onların dosyalarının Təbrizə göndərildiyini bildirib.

Belə olan halda milli fəallar öz aralarında Türk dilində Təbriz məhkəməsinə getməyəcəkləri ilə bağlı bir bəyannamə yazaraq, Əhər məhkəməsinə təqdim ediblər.

Əhər məhkəməsinə gələn milli fəalların olabiləcək hərhansı bir eyləminin qarşısını almaq üçün rejm,  məhkəmənin qarşısına xüsusi təyinatlı qüvvələrindən ibarət takım gətirib.

Comments,Baxışınız
oguz gif telegram