/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Məşəd şəhərində “Azərbaycan” dükanları rejmi rahatsız edir

Məşəd şəhərində “Azərbaycan” dükanları rejmi rahatsız edir

Oğuz TV: İslam rejminin Güney Azərbaycanda yaratdığı iqtisadi çətinliklər və işsizlik sorunu, insanlarımızı başqa bölgələrdə iş axtarmaq məcburunda qoyur. 

İşsizlikdən Güneyi tərk edən soydaşlarımızdan bir qrupu hazırda Məşəd şəhərində “İmam Rza” adlanan bazarda çalışır. 

Orda digər Türk topluluqlarının nümayəndələri ilə birlikdə işləyən soydaşlarımız milli kimliklərini və Vətənimizin adını açdıqları mağaza və dükanlara verməklə  fars rejminin təzyiqinə məruz qalırlar. Belə ki, adını çəkdiyimiz “İmam Rza” bazarında  Azərbaycan Türklərinə məxsus demək olar ki, bütün dükanların adları “Azərbaycan”dı. Bir çoxları isə dükanın üstünə “Yaşasın Azərbaycan” belə yazmaqdan çəkinməyib. 

Belə olan halda Azərbaycan adından hər zaman qorxan rejim Məşəd şəhərindəki əmniyyət qüvvələrinin məmurları bazara gələrək soydaşlarımıza Azərbaycan adının “yabancı” olduğunu, bu addan istifadə etməməyi tapşırıblar. Məmurların basqı və tələblərinə baxmayaraq, bazardakı dükanların adları dəyişdirilməyib. Əksinə o bazarda açılan yeni dükanlara da “Azərbaycan” adı verilib. 

Göründüyü kimi, fars rejminin Azərbaycan adına olan nifrəti hər sahədə özünü biruzə verir. 

 

məşəddə Azərbaycan dükanlari

Comments,Baxışınız
oguz gif telegram