/  
Ön yapraq » Oğuz xəbər » M.Ə.Rəsulzadənin anadan olmasından 132 il ötür

M.Ə.Rəsulzadənin anadan olmasından 132 il ötür

Oğuz TV: “Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa – yaşa, çox yaşa, ey şanlı Azərbaycan”

 Ömürünün son anınadək Azərbaycan deyən, unudulmaz şəxsiyyət, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 132 il ötür.Kim idi Rəsulzadə? Şərqdə ilk Bağımsız, Demokratik Türk Cümhuriyyətinin əsasını qoyan, Azərbaycan Türkünə yoxdan bir bayraq var edən, hətta düşməninin belə hörmət etməyə məcbur qaldığı bir şəxsiyyət.

1884-cü ildə 31 yanvar tarixində, Bakinin Novxani kəndində dünyaya göz açmiş milyonlarla Azərbaycan Türkündən biri… İş həyatına 19 yaşından qəzet yazarı kimi başlayan Rəsulzadə, dövrünün bir çox tanınmış qəzet və jurnallarinda yazdığı məqalələrlə çixiş edir. Ən böyük istəyi Aəzrbaycani müstəqil görmək olan Rəsulzadə, 1918-ci il 28 may tarixində Tiflis şəhərində bir neçə silahdaşıyla bərabər Azərbaycan Milli Demokratik Cümhuriyyətini yaradır. Cəmi 23 ay yaşada bilməsinə baxmayaraq, Rəsulzadə, bununla özünün də dediyi kimi xalqına Azadlığı daddırmışdı, və sonradan illər ötəcək, bu xalq 1990-cı ildə öz bağımsızlığını əbədi olaraq rus imperiyasından alacaqdı.

Həyatının bəlli bir hissəsini sürgündə keçirən Rəsulzadə deyirdi: milli yol millətin bütövlüyü və bölünməzliyi yoludur. Mən bu yolla irəliləyən karvanin dəvəsiyəm. Səhralara düşsəmdə, yüküm əziyyət və əzab daşları olsa da,bilirəm ki, bədənimə sarıdığım üçrəngli bayrağı Azərbaycanın müstəqillik zirvəsinə apariram. Mütləq mənzil başına çatacağam.

Bəli, 71 illik ömrünün böyük bir hissəsini öz vətəninin xalqının azadlığı üçün sərf etmiş Rəsulzadə, 1955-ci ildə qardaş türkiyənin Ankara şəhərindən 3 dəfə Azərbaycan deyərək köçdü bu dünyada.

Ondan bizə isə bugün şərəflə dalğalandırdığımız Üçrəngli bayrağımız, uğruna hər an ölməyə hazır olduğumuz Cümhuriyyətimiz və daha nələr, nələr qaldı.

Ruhun şad olsun ürəklərdə heykəli ucalan insan!!!

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture