/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Millət vəkili seçilməyən aday millətçiləri təhqir etdi

Millət vəkili seçilməyən aday millətçiləri təhqir etdi

Oğuz TV: Özünün də kökəni Türk olmasına baxmayaraq, hər zaman Türk düşmanlığı ilə məşhur olan Ərdəbilin keçmiş sözdə millət vəkili Mənsur Həqiqətpur yenə Azərbaycan millətçilərini təhqir etdi.

Belə ki, 10-cu iran məclis seçkilərinə yenidən Ərdəbildən öz adayləğını irəli sürən bu şəxsə Türk milləti gərəkən cəzanı verdi. Fars Rejminin sadiq qullarından olan Həqiqtətpura  rejmin verdiyi böyük dəstəyə baxmayaraq, Ərdəbil əhalisi ona səs vermədi və Həqiqətpuru  məclisdən uzaqlaşdırdı. Bundan hiddətlənən Həqiqətpur da millətçiləri təhqir elədi. O, öz açıqlamasında bildirdi ki, məni “bölücü”, “xain”, “qövm” adlananlar millət arasında pisləyiblər, ona görə də Ərdəbil camaatı məni seçmədi.

Həqiqətpurun “xain” adlandırdıqları  bugün İran rejminin işğalında olan Güney Azərbaycanda milli kimliyimiz, Ana dilimiz uğrunda mübarizə aparan, buna görə də zindanlarda süründürülən milli fəallarımızdı.

Xatırladaq iranda seçkilər tamamən rejimin öz kontrolu və yönətimdədir.İran coğrafiyasında olan  millətlər, seçki zamanı sadece rejimin öz seçdikləri adaylara səs vermə haqları vardır ,Rejimin qəbul etməyən şəxslər,  adaylıq və namzədliq  irəli surəməz, surduğu zaman “Nigahbən şurası “adlı qurum tərəfindən adaylığı rəd olub seçki yarışına girəməz. Azərbaycan türkləri illərdir iranin seçkilərini kütləvi təhrim etmiş və Batı Azərbaycan əyaləti xarıcində. Azərbaycanın digər böılgələrində millət kütləvi olaraq rejimin sonucu öncədən  bəlli olan oyununda iştirak etmir.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture