/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Milli fəala iş yerində hücum edildi

Milli fəala iş yerində hücum edildi

Oğuz TV: 18 isfənd (8 mart)  Güney Azərbaycanda İran rejminə qarşı mübarizə aparan milli fəal Beytulla Bərzigərə özünü ettelaat məmuru kimi təqdim edən Hüseyn Məhəmmədi adlı bir şəxs təhqir və hədə dolu mesaj yazıb.

Mesajda deyilir: “Siz milli fəaliyyətlərlə bir daha məşğul olsaz, sizi olduğunuz torpağa gömərik.”

Göndərdiyi mesajla  kifayətlənməyən Hüseyn Məhəmmədi adlı şəxs milli fəalın iş yerinə gəlir və ona hücum edərək yumruqlamağa başlayır. Belə olduğu halda qarşı tərəfə müqavimət göstərən milli fəalla bu şəxs arasında əlbəyaxa dava düşür .

Bu davadan  sonra milli fəal polis bölməsinə gedərək, onun üstünə hücum çəkən bu şəxsdən şikayət edir. Beytulla Bərzigər ona hücum edən bu şəxsin yazdığı təhqir və hədə dolu medajları da  polis məmurlarına göstərir. Polis məmurları isə, Beytulla Bərzigərin milli fəal olduğunu əsas gətirərək, ona deyirlər ki, sənin hələ daha öncədəndə “ milli təhlükəsizliyə” qarşı fəaliyyətlərin olub, hələ bir utanmadan biri ilə dalaşıb bizədə müraciət edirsən?  Sənin bu məsələn bizi ilgiləndirməz, get işini intizami qüvvələrlə həll elə.

Göründüyü kimi, İran işğalı altında olan Güney Azərbaycanda rejmin məmurları heç bir qayda qanunun gözləmədən,  Azərbaycan Türklərinin, özəlliklə milli fəalların  can  və mal güvənliyini hər zaman təhlükə altında saxlayır.

 

Comments,Baxışınız
oguz gif telegram