/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Milli fəallar Siyamək Mirzəyinin ailəsini ziyarət etdi

Milli fəallar Siyamək Mirzəyinin ailəsini ziyarət etdi

Oğuz TV: Hər zaman bir-birlərinə dəstək olan Güney Azərbaycan milli fəalları bu dəfə də ənənələrinə sadiq qaldılar. 

Bir qrup milli fəal ötən il tutuqlanan və hələ də həbsdə olan milli fəal Siyamək Mirzəyinin doğum günündə onun  ailəsini ziyarətə getdi. 

Siyəmək bəyin xanımına və ailəsinə mənəvi dəstək olan milli fəallar, onun Güney Azərbaycan Milli Hərəkatında gördüyü işlərdən danışdı, Siyamək Mirzəyiyə aid mahnılar və şeirlər səsləndirdilər.

Ailəni bu günlərdə yalnız qoymayan milli fəallar Güney Azərbaycan Milli Hərəkatında kimsənin yalnız olmadığını, onların hər zaman ayrı-ayrı şəhər və bölgələrdə qardaş-bacıları olduqlarını bir daha Siyamək bəyin xanımına xadırladıblar. 

Xatırladaq ki, Siyamək Mirzəyi 14 iyul 2016-cı ildə İran rejminin “ETTELAAT” məmurları tərəfindən Muğandakı iş yerində tutuqlanmış və Tehranın Evin zindanına salınmışdı. 

Milli fəala oxunan hökümə əsasən o, 10 il həbs 2 il Xorasan bölgəsinin Təbəs zindanına sürgünə məhkum edilib. 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture