/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Milli fəalların şikayəti təmin edilmədi

Milli fəalların şikayəti təmin edilmədi

Oğuz TV: İran rejminin Ərdəbildəki  Təcdide Nəzər məhkəməsi  5 ərdəbilli milli fəalın  etirazına baxmayaraq, onların həbs qərarlarını dəyişdirmədi.

 Səid Sadiqifər, Tohid Əmir Əmini, Saleh Piçqanlu, Meysəm Colani və Möhsün Möhsünzadə İran rejminin Ərdəbildəki  İnqilab Məhkəməsində qazi Yusif Xudadadinin rəhbərliyi ilə 18 aban qiyamında iştirak etdikləri üçün bu 5 milli fəalın hər birinə 3 ay 1 gün həbs cəzası verilmişdi. Milli fəallar da bu cəzanın haqqsız olduğunu bildirərək, qaldırılması üçün Təcdide Nəzər məhkəməsi nin 2-ci şöbəsinə  etiraz etmişdilər.

Bu məhkəmənin rəisi Ənvər İsgəndərzadə milli fəalların hökmünə baxdıqdan sonra onların şikayətlərini təmin etmədi və bugün milli fəallara əvvəlki məhkəmənin çıxardığı hökmün olduğu kimi qaldığı ilə bağlı bildiri gəlib.

İran işağlında olan Güney Azərbaycanda insanlar dillərinin, kimliklərinin təhqirinə qarşı etiraz etmək hüququna malik belə deyillər. Etiraz etdikləri zaman bu “təhlükəsizliyə” zərər kimi qiymətləndirilir və onların həbs və işgəncələrinə səbəb olur.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture