/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Milli fəalların toplantısı güvənlik güclərinin hücumuna məruz qaldı

Milli fəalların toplantısı güvənlik güclərinin hücumuna məruz qaldı

Oğuz TV: 6 isfənd “Azərbaycanın Urmudakı səsi” qurumu daha bir törən keçirmiş və bu törən güvənlik güclərinin basqısı ucbatından yarımçıq qalmışdır.

Bu oturumda “Azərbaycanın Urmudakı səsi” qurumunun amacları və dəstəklədiyi adaylar üzərində danışıqlar olmuşdur.

Oturumun başlanğıcında “Azərbaycanın Urmudakı səsi”nin baş yazarı, Urmu bilimyurdu öyrənçisi Yasir Rəncbəri (Savalan) qurumun çıxış etmiş və bu qurumun seçkilər dönəmi Azərbaycan milli hərəkəti söyləmi uğrunda atdığı addımdan söz açaraq “azərbaycan milli hərəkətindən seçkilər uğrunda deyil, seçkilərdən Azərbaycan Milli Hərəkatı uğrunda yararlanmalıyıq” deyə açıqlama vermişdi. bu öyrənçi fəal eləcədə Urmu bilimyurdunda seçkilər qabağı millətçi öyrənçilərə qarşı yürüdülən siyasət və basqılardan da söz açmışdır.

ardında “Azərbaycanın Urmudakı səsi”nin baş yönəldicisi Sina Həsəni bu qurumun danışığa girdiyi adaylardan danışmış və dəstəklənən adaylar üzərində incələmə aparmışdı,eləcədə bu fəal, bu qurumun qurucularının gənc və öyrənçi olduğundan dolayı, gənc fəalların azərbaycan milli hərəkətindəki önəmini vurğulamış və seçkilər dönəmi bu qurum fəallarının Azərbaycan Milli Hərəkatı söyləmini yaymaqda etkili davranışından söz açmışdır.

Törən sürdürülürkən bir bölüm güvənlik gücü sitadın qapısının qabağında toplanmış və qatılımçılar arasında qorxu yaratmağa çalışmışdır. sonrası birneçə şəxsi geyimli güvənlik gücü içəri girəmiş və törənin qurucularından “bu törən mücəvvizlidir” sözünü demələrinə baxmayaraq qurucuları tutuqlanmiş və törən yarımçıq sona çatmışdır.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture