/  
Ön yapraq » Oğuz xəbər » Milliyyətçi Gənclər Ordumuz üçün yürüdü

Milliyyətçi Gənclər Ordumuz üçün yürüdü

Oğuz TV: Son günlər Qarabağ cəbhəsində yaşananlar o taylı bu taylı millətimiz tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Ordumuzun zəfərlərindən ruhlanan insanlarımız  Ordumuzla birlikdə olduqlarını göstərməkdə davam edirlər.

Beləki, dünən Bakıda  “Milliyyətçi Gənclər Təşkilatı” ordumuza dəstək vermək üçün Bakıda eyləm təşkil edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları dalğalandıran gənclər öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Burdan “əsgər marşı” oxuya-oxuya və Ordumuza aid sloqanlar söyləyə-söyləyə  Müdafiə Nazirliyinin  qarşısına yürüş ediblər.

Gənclər təşkilatları adından nazirliyə yazılı şəkildə müraciət təqdim ediblər. Müraciətdə, gənclər  Milli ordumuza dəstək olduqlarını və hər an cəbhədə döyüşmək üçün hazır könüllülər olduqlarını qeyd ediblər.

Milliyyətçi Gənclərin bu təşəbbüsü nazirlik əməkdaşları tərəfindən çox sevinclə qarşılanıb. Polis və nazirlik işçiləri gənclərə öz təşəkkürlərini bildiriblər.

Gənclərin Şəhidlər Xiyabanından başlayan yürüşü Müdafiə Nazirliyinin qarşısında dövlet himnimizin  oxuması ilə başa çatıb.

 

Comments,Baxışınız
oguz gif telegram