/  
Ön yapraq » Oğuz xəbər » Misir Rusiyanı yalanladı

Misir Rusiyanı yalanladı

OğuzTV: Misir “bozqurd”ların Rusiya sərnişin təyyarəsinə qarşı terrorda əlinin olması ilə bağlı Rusiya mətbuatında yayılan məlumatları təkzib edib.

Apa.az saytının verdiyi xəbərə görə, bunu Misir Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Ayman Halmi bildirib. O qeyd edib ki, “bozqurd”ların ötən ilin oktyabrında Rusiya təyyarəsində baş vermiş partlayışla əlaqəsi olması barədə məlumatlar həqiqəti əks etdirmir. A. Halmi deyib ki, Misir DİN bu hadisə ilə bağlı əsaslandırılmamış söz -söhbətlər eşitmək istəmir.

Qeyd edək ki, “Kommersant” qəzeti Rusiya xüsusi xidmət orqanlarına istinadən Misir səmasında Rusiya təyyarəsinin partladılmasında Türkiyə millətçiləri – “bozqurd”ların əlinin olması ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, 3 azər 1394-cü ildə (24 noyabr 2015) Rusiya uçağının Türkiyənin hava məkanını pozması və bunun ardından da Türkiyənin bu uçağı vurmasından sonra, hiddətlənən Rusiya baş verən bütün pis olayları Türkiyənin adına bağlamaqla məşğuldu.

 

Comments,Baxışınız
oguz gif telegram