/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Molla rejminin mediyası bu dəfə Qum Türklərini aşağıladı

Molla rejminin mediyası bu dəfə Qum Türklərini aşağıladı

Oğuz TV: Qum şəhərində dərc edilən “Şaxeyi  Səbz” qazeti Qum Türklərini təhqir edən yazı dərc etdi. Qəzet uşaqlar üçün dərc etdiyi bir hekayədə Qum Türklərinin yaşadığı ərazini təsvir edərək oranı bir cəngəlliyə bənzədib. Orada yaşayan insanların “vəhşi heyvan” olduqlarını və uşaqlara ora getməmələrini məsləhət verib. Hekayənin davamında isə uşaqlara əgər o cəngəlliyə gedərlərsə silahlı getmələrini məsləhət görür və orada yaşayanların da silahlı olduqlarını yazır.

Yazı dərc edildikdən sonra Qum Türkləri qəzetə etiraz üçün məhkəməyə vermək üçün imzatoplama kampaniyasına başlayıb.

Xatırladaq ki, bu molla rejminin medyasının Türk millətinə qarşı ilk təhqiri edici yazısı deyil. Bundan öncə də 22 may 2006 və 9 noyabr 2015-də biz Azərbaycan Türklərini də aşağılayan yazı və programlar yayınlamışdılar. Bundan sonra millətimiz genişmiqyaslı eyləmlər keçirərək rejmin medyasına öz etirazını bildirmişdi.  

Comments,Baxışınız
oguz gif telegram