/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Molla Ruhani ərəb körfəzi savaşı çıxartmağa cəhd edir!?
 نیروهای تروریستی سپاه پاسداران

Molla Ruhani ərəb körfəzi savaşı çıxartmağa cəhd edir!?

OğuzTV:Son günlər fars rejimi və Səudiyyə Ərəbistanı arasında yaranan gərginlik davam edir.iran rejiminin yaradığı terror qrupu olan Husilərin atdığı raket nəticəsində Səudiyyə şahzadəsi Mansur ibn Mukrin və daha 8 yüksək vəzifəli məmur həlak olub. Ər-Riyad raketin Fars rejiminin istihsali raketi və İranın əmri ilə atıldığını bildirib.

iran adlanan yerin prezidenti Ruhani Səudiyyə haqqında açıqlama verib.Molla Ruhani Yəməndən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə atılan raketlərlə bağlı “Bu Səudiyyənin hücumçu davranışlarının nəticəsidir”-deyib.
Ruhani qeyd edib: “İsrail və Amerikanı dost, İranı isə düşmən kimi qəbul etmək Səudiyyə Ərəbistanının strateji səhvidir”.

Ruhani əlavə edib: “Yəmən xalqı ölkəsinin bombalanmasına necə cavab verməli idi? Öz silahlarından istifadə etmək üçün icazə almalıdırlar? Əvvəlcə hücumları dayandırın, sonra isə Yəmənə baxın”.

Səudiyyə Ərəbistanının müdafiə naziri, vəliəhd Məhəmməd Bin Salman noyabrın 7-də Böyük Britaniyanın xarici işlər naziri Boris Cansonla telefon əlaqəsi saxlayaraq İranın Yəməndəki şiə-husilərə hərbi yardımından və bir neçə gün əvvəl Ər-Riyada atılan ballistik raketindən danışıb.Səudiyyə şahzadəsi bildirib ki, İranın şiə-husiləri müxtəlif ballistik raketlərlə silahlandırması qəbuledilməzdir: “Biz rəsmi Tehranın bu addımını pisləyir, bildiririk ki, İranın özünə bağlı husi üsyançılarını ballistik raketlərlə silahlandırması, onun ölkəmizə qarşı birbaşa hərbi təcavüzü sayılır. İranın bu addımı həm də Səudiyyə Ərəbistanı Krallığına qarşı savaş elan etməsi kimi qəbul edilə bilər”.

Xatırladaq ki, fars rejiminin  dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.Hadisədən az sonra, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr noyabrın 6-da CNN telekanalına müsahibəsində İranın bu işdə əli olmasından və onun bu barədəki rolundan danışıb: “Biz Ər-Riyad hava limanına raket atılmasını İranın ölkəmizə qarşı müharibə elan etməsi kimi qəbul edir və münasib bir fürsətdə ona layiqli cavab verəcəyik. Aydın məsələdir ki, bu bir İran raketi olub. İran, Səudiyyə Ərəbistanının şəhər və kəndlərinə raket atdığı bir halda bizdən bunun qarşısında sakit qalmağımızı gözləyə bilməz”.

Baş vermiş olayla bağlı həmçinin Səudiyyə Ərəbistanının başlçılıq etdiyi ərəb koalisiyası noyabrın 6-da rəsmi bəyanat yayaraq İranı Səudiyyə Ərəbistanına qarşı hərbi təcavüzdə günahlandırıb. Koalisiyasının sözçüsü Torki əl Maliki noyabrın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, Ər-Riyada atılan raketin İranda istehsal edilməsi müəyyənləşdirilib: “İranın bilavasitə rolu, husilərin isə birbaşa komandanlığı ilə Ər-Riyada atılan raket, ölkəmizə qarşı açıq-aşkar bir hərbi təcavüzdür”.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture