/  
Ön yapraq » Oğuz xəbər » Mübariz İbrahimovun anadan olmasından 28 il ötür

Mübariz İbrahimovun anadan olmasından 28 il ötür

Oğuz TV: Yaşasaydı 28 yaşını qeyd edəcəkdi. Amma O, Şəhidliyi seçdi. Söhbət Mübariz İbrahimovdan gedir. Ermənilərin qorxulu röyasına çevrilən bu qəhrəmanımızın bugün doğum günüdü.

1366- ci ilin 18 bəhmən (1988-ci ilin 7 fevral) tarixində Biləsuvar bölgəsinin Əliabad kəndində dünyaya göz açan qəhrəmanımız, elə yaşadığı şəhərdə Qarabağ Şəhidi Piriyevin adını daşıyan mətəbdə təhsil alır. 1383- ci ildə (2005)  isə məktəbi bitirərək Vətən borcunu yerinə yetirmək üçün əsgərliyə gedir. Xüsusi təyinatlı bölümdə hərbi xidmətini başa vuran Mübariz, 1387- ci ildə (2009) yenidən hərbi həyatına dönür və bu dönüş əbədi olur…

Öz istəyi ilə Cəbhə bölgəsinə göndilərək, orda xidmətinə davam edir. 1389- cu ilin 28 xordad (18 iyun 2010-cu il), Bakı vaxtı ilə gecə 23:30-da qəhrəmanımız cəbhənin erməni tərəfinə doğru hərəkət edir tək başına və hər şey də bundan sonra başlayır… 1 kilometrlik minalanmış ərazini bir hərbiçi ustalığı ilə keçən Mübariz,  Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözləmədikləri anda bir həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan qəhrəmanı  səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına Şəhid olur.

Düşmən igidimizdən o qədər qorxmuşdu ki, hətta Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, onun əllərini və ayaqlarını bağlamış,  cəsədini 141 gün saxlamışlar. Ermənilər Onun əl-ayağı bağlanmış şəkillərini çəkərək saytlarda yayımış, Azərbaycana göz dağı verməyə çalışmışdılar. Amma, Mübariz onlara elə dağ çəkmişdi ki, hətta onun cəsədindən belə qorxmuşdular.

Mübariz İbrahimovun cəsədi 20 aban 1389-cu il (11 noyabr 2010-cu il) düşmən tərəfindən alınmış və ikinci Fəxri Xiyabanda dəfn edilmişdi. Şəhidimizin dəfninə minlərlə soydaşımış qatılmışdı. Ölümündən sonra, Azərbaycan Cümhurbaşqanı Mübariz İbrahimova “Milli Qəhrəman” adı vermişdi.

Doğum günün qutlu olsun Vətən uğrunda canından keçən İGİD.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture