/  
Ön yapraq » Oğuz xəbər » Muğanlı milli fəalın evində və iş yerində axtarışlar aparıldı

Muğanlı milli fəalın evində və iş yerində axtarışlar aparıldı

Oğuz TV: 2 isfənd (21 feval) Ana Dili günü yaxınlaşdıqca İran rejminin Güney Azərbaycanda milli fəallarımızı səbəbsiz yerə tutuqlaması və cəzalandırması daha da genişlənir.

Bəhmən ayının 18-də (7 feval) daha bir millin fəal Keykavus Abedpur səbəb açıqlanmadan tutuqlanıb. Milli fəal bir neçə saat saxlandıqdan sonra azadlığa buraxılıb.

Lakin 24 bəhməndə (13 feval) rejmin qüvvələri yenidən milli fəalı tutuqlayıblar. Bununla kifayətlənməyən məmurlar, milli fəalın evinə və iş yerinə basqın edərək, axtarışlar aparıblar. Keykavus Abedpur yenə bir neçə saatlıq tutuqlamanın ardından sərbəst buraxıblar. Ona bildirilib ki, məhkəməyə çağrılacaq. Lakin nədən və nə zaman məhkəməyə çağrılacağı ilə bağlı bu fəala heç bir bilgi verilməyib.

Xatırladaq ki, Keykavus Abedpur Güney Azərbaycanda milli haqqlarımız uğrunda mübarizə aparan  milli fəallardan biridi. Onun rejmin məmurları tərəfindən belə rahatsız edilməsi isə ilk dəfə deyil.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture