/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Murtaza Muradpura özgürlüq istəyənlərə tutuqlama

Murtaza Muradpura özgürlüq istəyənlərə tutuqlama

Oğuz TV: Murataza Muradpura özgürlüq istəyi ilə bu gün Təbriz məhkəməsi önün də oturma eyləmi keçirməq istəyən Muradpur ailəsi və bir çox soydaşımızla terrorist iran rejimi polisləri arasında çatışma və qarğaşa yaşandı, bir çox soydaşımız tutuqlandı.

Oğuz TV nin Təbriz dən aldığı bilgiyə görə, Yerli vaxtla saat 12 də Təbriz məhkəməsi önündə Murtaza Muradpurun özgürlüyü üçün oturma eyləmi keçirəcəqlərini daha öncə bildirən soydaşlarımız, məhkəmə önünüdə iran terrorist rejiminin çoxlu polis məmurları qarşılayıb. Məhkəmə önünə toplanmaq istəyən soydaşlarımızın dağılmasını istəyən polis məmurlari və rejim casusları ilə millətçi soydaşlarımız arasında qarğaşa yaranıb. 

Alınan bilgiyə görə bu qarğaşa əsnasında ən az 9 soydaşımız tutuqlanıb. Tutuqlanan soydaşlarımız arasında, Hadi Həmidi Şəfiq, Saleh Mollaəbbasi, Ulduz Qasimi, Mehdi Zəncirbulağı, Nima Abbaspur, Əkbər Səmimi, Səcad Xəlilnijad, Əkbər Əbulzadə və soyadı indilik bəlli olmayan Cavad adlı soydaşımız yer alır. Murtaza Muradpurla görüşməyə aparılan qardaşı Fərdin Muradpurun da tutuqlandığından şübhələnilir.

Xatırladaq ki 61 gündür aclıq eyləmi keçirən Murtaza Murdapur iran adlanan ölkənin cəza qanunun 135. madəsininin öz haqqında uyqulanmasını və bu madəyə dayanaraq tutuqluluq halinin sonlandırılmasını tələb edir. İran adlanan ölkənin məhkəmə yetkililəri Murtaza Muradpurun bu istəyini yerinə yetirməməq üçün türlü bahanalara başvurublar. Aclıq eyləminin 61. günündə Murdapurun ailəsi və Güney Azərbaycan millətçiləri artıq Murtaza Murdapurun ürək krızı gçirməsindən əndişələnir.

Comments,Baxışınız
oguz gif telegram